Nizami irsinin öyrənilməsinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

19:34 | 29.04.2014
Nizami irsinin öyrənilməsinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Nizami irsinin öyrənilməsinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun yekunları ilə bağlı mətbuat konfransı təşkil edilib.

APA-nın məlumatına görə, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa bildirib ki, forumun bu cür yüksək səviyyədə təşkili Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində mümkün olub. O, əvvəlki illərlə müqayisədə builki forumda daha böyük nailiyyətlər əldə olunduğunu söyləyib: “Forum çərçivəsində həllini tapmayan problemlər üzə çıxdı. Bunlardan bir hissəsi də “dondurulmuş münaqişələr”dir. Bunlar Dağlıq Qarabağ, Dnestryanı münaqişələr, o cümlədən Ukraynada baş verənlərə aiddir. Sessiya zamanı biz həll variantlarının tapılması üçün müzakirələr apardıq və təkliflər səsləndirdik. Təkliflərin nəticəsi odur ki, beynəlxalq təşkilatlar daha fəal olmalı və bütün imkanlarını səfərbər etməlidirlər”.

 

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Nazim İbrahimov isə bəyan edib ki, Bakı qlobal məsələlərin həll olunduğu bir mərkəzə çevrilib. Onun sözlərinə görə, qərar verilib ki, toplantıya gələn təşkilatların arzusu olarsa, Azərbaycan hər il bu cür forumlara ev sahibliyi etməyə hazırdır. Komitə sədri bu ilin oktyabr ayında Gəncədə Nizami irsinin öyrənilməsinə həsr olunan beynəlxalq konfrans keçiriləcəyini açıqlayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb