Anews.az Olke.az-a istinadən xəbər verir ki, bu barədə aşıq Namiq Fərhadoğlu Lider televiziyasında yayımlanan "Xoş ovqat” verilişində deyib. Mərhum ifaçıya həsr olunmuş proqramda onun haqqında maraqlı süjet yayımlanıb.
Videoçarxda mərhum sənətçi böyük övladı Şövqi ilə hər zaman fəxr etdiyini bildirərək, bu sözləri qeyd edib:
"Gürcüstanda yarışda oğlum erməni idmançıya qalib gəldi. Var olsun Azərbaycan övladları. Allahdan arzum budur ki, xalqımız bir-biri ilə hər zaman mehriban olsun. Dövlətim var olsun, uca olsun. İnanın ki, oğlumdur deyə demirəm, ancaq o,
Azərbaycan bayrağını dalğalandıranda mən özümü saxlaya bilmədim, ağladım”.
Qeyd edək ki, Nofəl Süleymanov sentyabrın 8-i yaşadığı mənzildə ehtiyatsızlıq səbəbilə 17 yaşlı oğlu Şövqi tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !