Obamadan terror bəyanatı

14:30 | 14.11.2015
Obamadan terror bəyanatı

Obamadan terror bəyanatı

Fransa xalqıyla və bütün dünya ölkələri ilə terrora qarşı mübarizə aparmağa davam edəcəyik.

ABŞ prezidenti Barak Obama Fransanın paytaxtı Parisdə çox sayda insanın ölümünə səbəb olan terror hadisəsini şərh edib. ANS PRESS-in məlumatına görə, Obama Fransanın ən yaxın müttəfiqi olduqlarını və onlara hər cür dəstəyi verəcəklərini açıqlayıb. 

"Bu bir terror hadisəsidir. Fransa xalqıyla və bütün dünya ölkələri ilə terrora qarşı mübarizə aparmağa davam edəcəyik. Hazırda hadisənin təfərrüatlarını bilmirəm. Vəziyyət hələ də çox ciddidir. İndi Fransa prezidentinin başının qarışıq olduğunu düşündüyüm üçün hələlik ona zəng vurmamışam. Bu həqiqətən dəhşətli bir hadisədir. Bunun necə acı olduğunu bilirik. Fransanın yanında olacağıq. Qarşıdakı günlərdə nə baş verdiyini öyrənəcəyik. Fransa rəsmilərindən də məlumat alacağıq.” – deyə Obama bəyanatında bildirib. 

Bu gecə Fransanın paytaxtı Parisdə 60-dan çox insanın ölümü ilə nəticələnən terror hadisəsi baş verib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb