Obyektivdə: İçdiyimiz sular çirklidir - ANN TV

17:44 | 23.04.2015
Obyektivdə: İçdiyimiz sular çirklidir - ANN TV

Obyektivdə: İçdiyimiz sular çirklidir - ANN TV

Avropalılar Marsda su axtarır, biz isə hələ də bulanıq su içirik. Sizə təqdim etdiyimiz videodakı kadrlar Bakı şəhərinin Yasamal rayonu İnşaatçılar prospektində çəkilib.
 
O cümlədən şəhərin bir çox ərazilərində belə hallar baş verir. Əhaliyə verilən içməli su bulanıq, lilli və çöküntülü olur. Belə olan halda isə, insanlar suyu durultmaq məcburiyyətində qalırlar. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, insanlar tez-tez suyun bulanıq olmasından şikayətlər edir.
 
Ekspert hesab edir ki, bunun səbəbi su infrastrukturunun və boruların köhnə olmağı ilə əlaqədardır. Ekspert həmçinin onu da qeyd etdi ki, Azad İstehlakçılar Birliyi "Azərsu" ilə danışıqlar aparır və onların labarotoriyalarında birgə ekspertizalar keçirilməsi gözlənilir.
 
Məsələ ilə bağlı Azərsunun mövqeyini də öyrəndik...
 
ANN.Az-ın video reportajını təqdim edirik.
 
Müəllif: Babək Mirzəzadə
 
Operator: Rasim Əliyev

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb