On ayda Ermənistan 85 milyon dollara yaxın humanitar yardım alıb

15:49 | 06.12.2022
On ayda Ermənistan 85 milyon dollara yaxın humanitar yardım alıb

On ayda Ermənistan 85 milyon dollara yaxın humanitar yardım alıb

2022-ci ilin on ayı ərzində Ermənistana 38 012,9 milyon dram dəyərində 1514,8 ton humanitar yardım daxil olub. (84 405,2 min dollar) Bu barədə ölkənin Milli Statistika Komitəsi məlumat yayıb.
 
Ermənistan ABŞ, İspaniya və Hindistandan yardımlar qəbul edib. Bu dövr ərzində  ABŞ-dan  84 405,2 min, İspaniyadan 36.33 min, 7 301,9 min dollar məbləğində humanitar yardım qəbul edib. 
 

Ən çox humanitar yardım kimi Ermənistan quru, hava və su nəqliyyatı (817,3 min dollar dəyərində 222,1 ton, 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım – 68,1%) vəsait alıb. Humanitar yardımın həcminə görə ikinci yerdə daş, suvaq və sement məmulatları (634,1 min dollar dəyərində 218,3 ton, artım 11,1 dəfə), üçüncü yerdə toxuculuq məhsulları (3 753,1 min dollar dəyərində 217,9 ton) qərarlaşıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb