Opera və Balet Teatrında “Məhəbbət içkisi”

09:17 | 05.12.2013
Opera və Balet Teatrında “Məhəbbət içkisi”

Opera və Balet Teatrında “Məhəbbət içkisi”

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin (1797-1848) “Məhəbbət içkisi” operasının nümayişi olmuşdur. AzərTAc xəbər verir ki, operanın premyerası sentyabrın 21-də Üzeyir Hacıbəyli adına Beynəlxalq musiqi festivalı çərçivəsində olmuş və istər şəhərin musiqi həyatında, istərsə də teatrın yaradıcılığında parlaq hadisəyə çevrilmişdir.Dünya opera sənəti xəzinəsinə daxil olan “Məhəbbət içkisi” melomanlar və opera xiridarları arasında çox populyardır. 65 operanın müəllifi olan Q.Donisetti böyük melodik istedada, səmimi və coşqun lirikaya malik bəstəkar, gözəl vokal əsərlər ustası və teatr sərrafıdır. Onun yaradıcılığının çiçəklənmə dövrü XIX əsrin 30-40-cı illərinə - İtalyan intibahı” dövrünə təsadüf edir. Bəstəkara dünya şöhrəti qazandıran “Məhəbbət içkisi” əsəri də məhz həmin dövrdə yaranmışdır.Bəstəkar operanı çox qısa müddətdə - iki həftə ərzində yazmışdır. İlk dəfə 1832-ci ildə Milanda səhnələşdirilən opera sonralar dünyanın bütün teatrlarını dolaşmışdır.Azərbaycan Opera və Balet Teatrı da maraqlı süjet xətti və ecazkar musiqisi olan bu əsərə müraciət etmək qərarına gəlmişdir.Operanın quruluşçu rejissoru Ukraynadan dəvət olunmuş istedadlı opera rejissoru Nikola Trityak, dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur.Tamaşaya teatrın aparıcı solistləri – respublikanın Əməkdar artistləri Əkrəm Poladov, Səbinə Əsədova, habelə gənc və istedadlı vokalçılar – Əməkdar Artist İnarə Babayeva (Adina), vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin diplomantı Fərid Əliyev (Nemorino), Anton Ferştandt və başqaları cəlb olunmuşdur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb