Orxan Pamuk: "Boza satışlarının artmasına səbəb olmuşam"

20:54 | 09.02.2015
Orxan Pamuk:

Orxan Pamuk: "Boza satışlarının artmasına səbəb olmuşam"

Nobel mükafatlı türk yazıçı Orxan Pamukun sonuncu romanından sonra ölkədə boza (boza - içki növüdür, buğdadan, su və şəkərdən hazırlanan xüsusi içkidir - red.) satışı artıb. Bunu xüsusi zarafatla yazıçı Bursada oxucularla keçirdiyi görüşdə də bildirib.

ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, Orxan Pamuk sonuncu romanı - "Kafamda bir Tuhaflık" əsəri haqqında təəssüratlarını bölüşüb: "Bu roman bir boza satıcısının 40 illik hekayəsindən bəhs edir. Bu romanda Bozaçı Mövludu bir fərd olaraq cəmiyyətə göstərmək istədim. Kitabda din, özünü aldatma, ənənələr, qadağalar kimi mövzuları yaddan çıxarmaq üçün boza ən yaxşı çıxış vasitəsidir. Boza satışlarında artım olduğunu öyrəndim. Yeni il gecəsi qapıma çağırdım bozaçı da bunu bilmədən də olsa zarafatla doğruladı".

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb