Orxan Pamukun evi qarət olundu

19:24 | 16.07.2014
Orxan Pamukun evi qarət olundu

Orxan Pamukun evi qarət olundu

Nobel ödüllü türkiyəli yazar Orxan Pamukun İstanbulun Bəyoğlu Cahangir məhəlləsindəki evinə oğru girib.Axar.az xəbər verir ki, istirahətə Amerikaya gedən yazar 15 günlük tətildən geri qayıdarkən İstanbuldakı evinin qapısının qırıq olduğunu görüb. Qapı kilidinin qırıldığını və içəriyə oğru girdiyini görən yazar dərhal polisə zəng vurub. Hadisə yerinə araşdırma qrupu cəlb olunub. Pamuk polisə evindəki kompüter və fotoaparatın aparıldığını deyib.Yazar daha sonra polis bölməsinə gedərək şikayət ərizəsi yazıb. Polis evin yerləşdiyi küçə ətrafında təhlükəsizlik tədbirləri görüb. Kitablarını yazmaq üçün kompüterdən istifadə etmədiyini deyən Pamuk evdə zinət əşyası və pul olmadığını da qeyd edib.Aparılan ilkin araşdırmada 2 şübhəli müəyyənləşdirilib. Oğruların foto-robotları hazırlanıb. Evdən götürülən əl izləri laboratoriyaya göndərilib. Oğruları tapmaq üçün axtarış elan edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM