Pakistanda FETÖ ilə əlaqəli özəl məktəb və kolleclər bağlanacaq

11:37 | 02.08.2016
Pakistanda FETÖ ilə əlaqəli özəl məktəb və kolleclər bağlanacaq

Pakistanda FETÖ ilə əlaqəli özəl məktəb və kolleclər bağlanacaq

Bu təhsil müəssisələrində 1500-dən çox müəllim çalışıb və 11 mindən çox şagird təhsil alıb

Pakistanda Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəli təhsil müəssisələrini bağlayacaqlar.

"Report" "Yeni Akıt"a istinadən xəbər verir ki, Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən ilə əlaqəsi olan özəl məktəb və kolleclər bağlanacaq. Bu təhsil ocaqları Pakistanda "Pakturk" brendi altında fəaliyyət göstərirdi.

Qeyd edək ki, bu təhsil müəssisələrində 1500-dən çox müəllim çalışıb və 11 mindən çox şagird təhsil alıb.

Buna qədər analoji təhsil müəssisələri Somalidə bağlanmışdı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb