Pamuk 35 il əvvəl yarımçıq qalmış romanını bitirəcək

20:34 | 19.03.2014
Pamuk 35 il əvvəl yarımçıq qalmış romanını bitirəcək

Pamuk 35 il əvvəl yarımçıq qalmış romanını bitirəcək

Ünlü türk yazarı Orhan Pamuk 35 il əvvəl yazdığı, amma yarımçıq qalmış romanına yenidən qayıdacaq.

Bu barədə yazarın özü bu günlərdə Tbilisidə səfərdə olarkən bildirib.

Pamukun sözlərinə görə, həmin siyasi roman onun dostları, dostlarının ailələrinin siyasi ambisiyaları haqda imiş. Amma hərbi çevrilişdən sonra dostları ondan romanı çap etməməyi xahiş ediblərmiş. O da xahişi yerinə yetiribmiş.

“Amma indi bu romanı bitirməkdə israrlıyam” – deyən yazıçı əsərdə hansı hissələrin 35 il əvvəl, hansılarınsa indi yazıldığını qeyd edəcək.

Pamuk hazırda İstanbulda çalışan küçə ticarətçisinin həyatı haqda romanı üzərində işləyir.

Azadliq.org

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM