Parisdə erməni müsəlmanlara hücum etmək istədi

12:00 | 30.06.2017
Parisdə erməni müsəlmanlara hücum etmək istədi

Parisdə erməni müsəlmanlara hücum etmək istədi

Parisdə məscidin yanında müsəlmanlara hücum etməyə çalışan adam saxlanılıb, hazırda onun əqli cəhətdən problemlərinin olması yoxlanılır. 

Anews.az AFP-ə istinadən xəbər verir ki, polisin məlumatına görə, hadisə zamanı o, sərxoş və ya narkotik maddələrin təsiri altında olmayıb. 

Bu ərəfədə Parisdə Kretey rayonunda məscidin yaxınlığında avtomobili insanların üzərinə sürməyə cəhd edən şəxs saxlanılıb. Polis nümayəndəsinin məlumatına görə, hadisə nəticəsində zərər çəkən olmayıb.

Məlumata görə məscidin yanında quraşdırılmış baryerlər ona mane olub.  

Hücum edən şəxsin motivləri məlum deyil. 

Parisien qəzetinin məlumatına görə, 43 yaşlı şübhəli erməni əsillidir. O, yolsuzluq maşını ilə məscidin yanında insanlara hücumunu "Bataklan və Yeliseydə” baş verənlərə görə intiqam olduğunu bildirib. 

Fransada 2015-ci ildə Parisdə baş verən hücumlardan sonra fövqəladə vəziyyət rejimi elan edilib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb