Parisdə fransız musiqiçiləri Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdi

19:57 | 28.03.2014
Parisdə fransız musiqiçiləri Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdi

Parisdə fransız musiqiçiləri Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdi

Martın 27-də Parisdə fəaliyyət göstərən “Ulduz” Cəmiyyətinin təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzində fransız musiqiçilərinin konserti təşkil olunmuşdur.Səfirliyin birinci katibi Ayaz Qocayev, Cəmiyyətin sədri Aytən Muradova konsertin Azərbaycan mədəniyyətini fransızlara yaxından tanıtmaq istiqamətində həyata keçirilən tədbirlərin davamı olduğunu diqqətə çatdırmışlar.Gənc istedadlı fransız musiqiçilər Qabriel və Dania Çalik qardaşları skripkada və pianoda Avropa bəstəkarlarından L.Bethovenin, E.Zimbalistin, M.Ravelin və başqalarının əsərləri ilə yanaşı, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Muğam poeması” əsərini məharətlə ifa etmişlər. Onların çıxışları maraqla qarşılanmışdır.Fransız ictimaiyyətinin nümayəndələri, tanınmış incəsənət xadimləri, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin əməkdaşları, diasporumuzun təmsilçiləri və tələbələrimiz konserti dinləmişlər.Qonaqlara Azərbaycan incəsənətindən, Bakının tarixi abidələrindən, zəngin musiqimizdən, müxtəlif muzeylərimizdən bəhs edən kitablar və broşürlər paylanmışdır.//AzərTAc
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM