Parlament büdcəyə dəyişikliklərin müzakirəsinə hazırlaşır

15:55 | 16.02.2016
Parlament büdcəyə dəyişikliklərin müzakirəsinə hazırlaşır

Parlament büdcəyə dəyişikliklərin müzakirəsinə hazırlaşır

Azərbaycan Milli Məclisinin (MM) fevralın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub.

Parlamentdən Oxu.Az-a verilən məlumata görə, iclasın gündəliyinə 5 məsələ daxildir.

Gündəliyə MM-in payız sessiyasında qəbul olunmuş "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihələrinə dəyişikliklər, o cümlədən Milli Məclisin yanvarın 19-da keçirilən xüsusi iclasında qəbul olunmuş bəzi dəyişikliklərə Azərbaycan Prezidenti tərəfindən veto qoyulması ilə bağlı məsələlərin müzakirəsi salınıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb