Paşinyan Qarabağı nə vaxt qaytaracaq?

15:50 | 03.05.2018
Paşinyan Qarabağı nə vaxt qaytaracaq?

Paşinyan Qarabağı nə vaxt qaytaracaq?

Rusiya İrəvana xüsusi qrup göndərib

Ermənistanda müxalifət qələbə çaldı və demək olar ki, qanlı müharibəni başlayaraq hakimiyyətə gəlmiş Qarabağ klanı ölümcül yara aldı. Görəsən, Ermənistanın ehtimal edilən yeni hakimiyyəti, yəni 8 may seçkilərində baş nazir seçilmək üçün yetərincə səs alacağı ehtimal edilən Nikol Paşinyanın komandası  Qarabağ münaqişəsinin həllinə necə baxacaq, yaxın vaxtlarda Azərbaycanla ortaq məxrəcə gələ biləcəklərmi?

Azərbaycanın politoloqlarının bununla bağlı fikirləri müxtəlifdir. Politoloq Fikrət Sadıqov İstiPress-ə müsahibəsində Azərbaycanın Paşinyanla bağlı çox diqqətli olmasını vacib bilib:

"Bir şeyi unutmamalıyıq ki, Ermənistanın istənilən siyasətçisi - istər liberal, istər demokrat, istərsə də  sərt olsun, "Böyük Ermənistan” xülyası ilə yaşayır. Bu utopiyaya Türkiyənin, Gürcüstanın və Azərbaycanın bir hissəsi daxildir. Bu, milli səviyədə şizofreniya halını alıb. Paşinyan da ermənidir və bu, onün üçün də strateji plandır. Amma müəyyən taktiki fərqləri ola bilər - bir az yumşaq, bir az sərt və s. Nəzərə almaq lazımdır ki, Paşinyan özü də qeyri-adekvat insandır. Onu siyasətçi saymaq düzgün olmaz, heç vaxt siyasətlə məşğul olmayıb. İşi-gücü müxalifətçilik eləmək, insanları küçələrə çıxarmaq olub, ya da  ki, həbsdə olub. Ona görə də biz bir qədər diqqətli olmalıyıq, adətən belə adamlar çox təhlükəli addımlar ata bilərlər”.
Politoloq Tofiq Abbasov isə İstiPress-ə müsahibəsində Nikol Paşiyanın baş nazir seçildikdən sonra Azərbaycanla ortaq məxrəcə gəlməyə məhkum olduğunu vurğulayıb:

"Ermənistanda indiki kritik vəziyyətin yaranmasında Serj Sarkisyan hakimiyyətində müşahidə edilən koorupsiya, mafiyalaşma və s.-lə yanaşı Qarabağ münaqişəsinin həll edilməməsi üzündən ölkənin düşdüyü blokadanın da böyük rolu var. Təbii ki, bunu Nikol Paşinyan da analayır. İstər-istəməz Azərbaycanla dil tapmalıdır. Əks halda, Ermənistanın problemini həll edə bilməyəcək və ağır iqtisadi vəziyyət əhalinin güzəranını daha da pisləşdirəcək. O, özü istəməsə də, Azərbaycanla ortaq məxrəcə gəlməyə məcburdur”.

Politoloq Qabil Hüseynli isə İstiPress-ə Nikol Paşinyanın siyasətinin Azərbaycan üçün çox təhlükəli ola biləcyini bildirib:

"Mən onun sona qədər demokrat olacağına inanmıram. Açıqlama verib ki, baş nazir olsa, ilk  işi Qarabağa yürüş etmək olacaq. Deyir ki, indi erməni xalqının ruhu o qədər yüksəlib ki, Azərbaycan bunun qarşısında çətin dayansın”.

Lakin Qabil Hüseynli fərdi fikri kimi onu da deyib ki, Nikol Paşinyanın baş nazir seçiləcəyin inanmır:

"İnanmıram ki, Rusiya onun baş nazir seçilməsinə icazə versin. Bütün rıçaqlar əlindədir, deyilənə görə, Rusiya xüsusi təyanatlıları da artıq İrəvandadır. Qan tökməsələr də müəyyən tədbirlərlə fəal etirazçıları zərərsizləşdirəcəklər. 600 nəfərdən çox kriminal avtoritet Rusiyadan İrəvana boş yerə gəlməyib ki… Yəqin etirazların səngiməsini gözləyirlər. Həm də hakim Respublika Partiyasının təmsilçilərindən biri qəzetdə çıxış edərək deyib ki, Nikol Paşinyanın təkrar namizəd kimi səsverməyə çıxmağa icazəsi yoxdur. O deyib ki, qanuna görə, bir namizəd birinci səsvermədə qələbə çala bilmirsə, onun ikinci dəfə səsverməyə çıxmasına icazəsi yoxdur. Yəqin ki, mayın 8-də səsvermədə Respublika Partiyası öz namizədini irəli sürüb ona da səs verəcək”.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti