Patrik Hikki: Bakı-2015 yüksək səviyyədə keçiriləcək

14:27 | 28.01.2014
Patrik Hikki: Bakı-2015 yüksək səviyyədə keçiriləcək

Patrik Hikki: Bakı-2015 yüksək səviyyədə keçiriləcək

Bakıda keçiriləcək I Avropa Oyunlarının başlamasına 500 gün qalıb. Apasport.az saytının məlumatına görə, gələn il iyunun 12-də start götürəcək yarışla bağlı Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki fikirlərini bildirib.O qeyd edib ki, 2015-ci ildə ilk dəfə Azərbaycanda təşkil olunacaq Avropa Oyunları tarixdə mühüm yer tutacaq: “Bakıdakı Avropa Oyunlarının startına 500 gün qalıb və mən əminəm ki, bu yarış yüksək səviyyədə keçiriləcək. Bu münasibətlə Bakı-2015-də iştirak edəcək nümayəndələri təbrik edirəm. Düşünürəm ki, bu yarış Avropa idmanında tarixi yer tutacaq”.Qeyd edək ki, 16 gün davam edəcək yarışda 5400 idmançının iştirakı nəzərdə tutulub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb