Patrisiya Kaas Heydər Əliyev Mərkəzində - FOTOLAR

16:33 | 29.05.2014
Patrisiya Kaas Heydər Əliyev Mərkəzində - FOTOLAR

Patrisiya Kaas Heydər Əliyev Mərkəzində - FOTOLAR

Fransalı ifaçı paytaxtın gözəl məkanları ilə tanış olmaq qərarına gəlibFransada şanson üslubda olan musiqilərin şahzadəsi hesab edilən məşhur müğənni Patrisiya Kaas Bakıya gələr-gəlməz gəzintiyə başlayıb.ANS PRESS-in məlumatına görə, 7 il fasilədən sonra iki gün öncə Azərbaycana üz tutan fransalı ifaçı paytaxtın gözəl məkanları ilə tanış olmaq qərarına gəlib. Ötən gün yerli media nümayəndələri ilə görüş keçirən və onların suallarını cavablandıran Patrisiya Heydər Əliyev Mərkəzinə yollanıb. Maraqlı gəzintidən olan fotolar Heydər Əliyev Mərkəzinin rəsmi səhifəsində yerləşdirilib.Xatırladaq ki, P.Kaasın özündən öncə kaprizləri barədə mediada xəbərlər yayılmışdı. Patrisia isə buna cavab olaraq Bakıdan yalnız çay, limon və bal istədiyini bildirib. Tamaşaçıların qarşısında gözəl görünmək üçün Azərbaycana gəlməmişdən iki ay öncə məşqçiləri və digər işçiləri ilə hazırlıqların görüldüyünü vurğulayıb.Qeyd edək ki, P. Kaas bu gün saat 20:00-da Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edəcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM