Pensiyaçı lotoreyada 14 milyon dollar uddu

17:20 | 05.10.2014
Pensiyaçı lotoreyada 14 milyon dollar uddu

Pensiyaçı lotoreyada 14 milyon dollar uddu

Kanadalı pensiyaçı Leon Hirtl lotereyada təxminən 14 milyon dollar udub. 

 Təqaüdçü Yeni Şotlandiya əyalətində yaşayır. Ömrü boyu balıqçı olub və iki il əvvəl pensiyaya çıxıb.

Pensiyaçı lotereya biletini yerli aptekdən alıb. 

“Uduşlu bileti göstərdiyim qız uzun müddət inanmadı ki, mən milyoner olmuşam. O, bütün iş yoldaşlarını çağırdı və onlar bileti bir yerdə yoxladılar”,- deyə təqaüdçü jurnalistlərə bildirib. O, hələlik milyonları ilə nə edəcəyini bilmədiyini deyib.

Qeyd edək ki, “Atlantic Lottery” Kanadada 1976-cı ildən uduşlar keçirir. Bu müddət ərzində uduşlu məbləğ 5,5 milyard dolları keçib.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti