• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: ABŞ konqresmenlərinin fikirləri mövcud reallıqdan kənardır

XİN: ABŞ konqresmenlərinin fikirləri mövcud reallıqdan kənardır
08.10.2015 14:59
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ konqresmenləri Ed Royse və Eliot Engel tərəfindən münaqişə ilə əlaqədar irəli sürülən fikirlərə və "etimad quruculuğu” tədbirlərinə münasibət bildirib.

Oxu.Az dailykarabakh-a istinadən xəbər verir ki, H.Hacıyevin sözlərinə görə, səthi xarakter daşıyan bu fikirlər Ermənistanın "etimad quruculuğu” tədbirləri barəsində siyasi möhtəkirliyinin dəstəklənməsinə xidmət edir: 

"Bu məqsədlə ABŞ-da erməni lobbi təşkilatı olan Amerika Milli Erməni Komitəsi tərəfindən ATƏT-in Minsk qrupunun həmsədrlərinin fikirləri də təhrif olunur".

XİN sözçüsü deyib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı zamanı etimad quruculuğu tədbirləri və münaqişənin real, mümkün həlli prosesinə bir daha aydınlıq gətirilib. Bildirildi ki, Ermənistanın tarixi təhriflər əsasında qonşu dövlətlərə qarşı açıq-aşkar ərazi iddiaları, Azərbaycana qarşı təcavüzü, onun ərazilərini işğal etməsi və etnik təmizləmə aparması, münaqişənin gedişində törədilmiş cinayətlərə görə məsuliyyəti təkidlə inkarı, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında birbaşa təmaslara qarşı çıxması və itkin düşmüş şəxslər məsələsi üzrə məlumat mübadiləsi və ciddi əməkdaşlıqdan yayınması etimadın olmamasının əsl səbəbləridir.

Çıxış zamanı nazir Elmar Məmmədyarov tərəfindən o da vurğulandı ki, effektiv etimad quruculuğu tədbirləri üçün ilk növbədə və təxirə salınmadan Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair plan həyata keçirilməlidir. Qoşunların təmas xətti boyunca insidentlərin araşdırılması mexanizminin yaradılması barəsində ideyalara gəlincə, bu insidentlərin baş verməsinin əsas səbəbi Ermənistanın işğalçı silahlı qüvvələrinin qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur”.

XİN rəsmisi daha sonra deyib:  "Əgər ABŞ konqresmenləri münaqişənin ədalətli həllində, insan tələfatının qarşısının alınmasında və regionda davamlı sülhün bərqərar olmasında həqiqətən maraqlıdırlarsa, onlara Azərbaycanın irəli sürdüyü və münaqişənin köklü həllinə xidmət edəcək bu real təklifləri dəstəkləməyi tövsiyə edərdik”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol