• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bəzi siyasi partiyalar bağlanacaq - Yeni qanun layihəsi hazırlanır

Azərbaycanda bəzi siyasi partiyalar bağlanacaq - Yeni qanun layihəsi hazırlanır
29.05.2020 12:18
Azərbaycanda aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan partiyaların qeydiyyatı ləğv edilə bilər.

Bu barədə Modern.az saytına Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Deputat bildirib ki, bununla bağlı qanun layihəsi hazırlanır.

"İctimai birliklər və dini qurumlar komitəsində bununla bağlı qanun layihəsi hazırlanır. Çox güman ki, Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Dünyanın bir çox ölkəsində seçkidə iştirak etməyən partiyalar, ümumiyyətlə fəaliyyət göstərməyən partiyaların qeydiyyatı ləğv edilir. Avropa İttifaqına, Avropa Şurasına daxil olan ölkələrdə belə hallar var, mövcuddur”.

Komitə sədri deyib ki, siyasi partiyaların alver predmetinə çevrilməsinə yol vermək olmaz. 

"İndi biri partiyanı satır, biri də alır. Və ya siyasi partiyalarda müəyyən hadisələr baş verir. Məsələn, AXCP-ni misal çəkim. Bir tərəf deyir ki, "AXCP mənəm”, o biri də deyir ki, "yox, mənəm”. Eyni şey demək olar ki, Müsavat Partiyasında da baş verir. Belə fikir ayrılıqları və hansı tərəfin qanuni olmasına dair qanunvericilikdə tutarlı təkliflər hazırlanır”.

Siyavuş Novruzov partiya rəhbərliyinə iddialı tərəflərin hansının hüquqi əsaslarının olmasının məhkəmə qaydasında müəyyən ediləcəyini vurğulayıb.

"Problemlər məhkəmə qaydasında həll olunmalıdır. Təbii ki, məhkəmə də qanuna istinad etməlidir. Qanunla bunların, ad məsələlərin müəyyən edilməsi qanunvericiliklə təsdiq edilməlidir”.

Deputat onun da əlavə edib ki, iki il müddətində fəaliyyət göstərməyən partiyaların bağlanması da nəzərdə tutulur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol