• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici işlər nazirlərinin Tiflisdə görüşləri başladı - YENİLƏNİB

Xarici işlər nazirlərinin Tiflisdə görüşləri başladı - YENİLƏNİB
29.05.2020 09:34
Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin Tiflisdə  ikitərəfli görüşü başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Gürcüstanın xarici işlər naziri Mixail Canelidzenin rəhbərliyi ilə nümayəndə heyətləri arasında keçirilir.

Görüş bu gün Tiflisdə keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.

Gürcüstan xarici işlər nazirinin müavini Giqi Giqiladze jurnalistlərə açıqlamasında bu gün xarici işlər nazirləri səviyyəsində növbəti V görüşün keçiriləcəyini bildirib: "Bizim münasibətlər aktiv inkişaf edir. Bir neçə gün əvvəl nəqliyyat nazirlərinin görüşü keçirilib. Bundan başqa bu gün ikitərəfli görüşlər də nəzərdə tutulur. İkitərəfli görüşlərdə iqtisadi əlaqələrin inkişafı, siyasi münasibətlərin dərinləşlməsi, siyasi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq".
 
 
Nazir müavini bildirib ki, üçtərəfli görüşdən sonra Türkiyə, Azərbaycan və Gürcüstan arasında bəyannamə imzalanacaq: "Bəyannamədə ikitərəfli və üçtərəfli maraqlarımız ifadə olunacaq. Sənəd imzalandıqdan sonra nazirlər Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində magistral yolun Kartsax sahəsinə baxış keçirəcəklər".

***

saat 09.42

Tiflisidə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstanın xarici işlər naziri Mixail Canelidze arasında geniş tərkibli görüş keçirilir.

APA-nın xəbərinə görə, görüş Tiflisidə bu gün keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.

Qeyd edək ki, bu, üç ölkə nazirlərinin bu formatda beşinci görüşü olacaq.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol