• $
  • €
  • ₽
  • ₺
  • £

"İlham Əliyevin ABŞ-a səfəri Ermənistan tərəfində qıcıq yaratdı"

"İlham Əliyevin ABŞ-a səfəri Ermənistan tərəfində qıcıq yaratdı"
15.04.2016 12:56
"Sirr deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri Ermənistan tərəfində müəyyən qıcıqların yaranmasına təkan verib".
 
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibi, Baş nazirin müavini Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Ə.Əhmədov bildirib ki, ona görə istisna deyil ki, erməni hərbi birləşmələri, ilk növbədə Ermənistanın siyasi rəhbərliyi ənənəsinə sadiq qalaraq cəbhə bölgəsində təxribatlar törətməklə Azərbaycan Prezidentinin və bütövlükdə diplomatiyamızın uğurlarının üzərinə kölgə salmağa cəhd göstəriblər: "Bu mənada, hər şeydən əvvəl, cəbhə bölgəsində Prezident İlham Əliyevin ABŞ-a səfəri dövrünə təsadüf edən təxribatların səbəbləri içərisində belə bir amilin olduğunu qeyd etməyi zəruri sayıram. Bunu istisna etmək mümkün deyil. Bu, dəfələrlə müşahidə olunan, artıq bir növ adətə çevrilən bir haldır və erməni tərəfi növbəti dəfə də bu adətinə "xilaf çıxmadı". Aydındır ki, cəbhə bölgəsində, qoşunların təmas xəttində belə gərginliklərin, toqquşmaların baş verməsinin başlıca səbəbləri Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, uğurlarımızdan qıcıqlanaraq təxribatlar törətməsi və danışıqlar prosesində destruktivlik nümayiş etdirməsidir".

Ə.Əhmədov əlavə edib ki, bunun qarşısının alınması üçün əsas şərt isə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunmasıdır: "Dünya birliyinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün müəyyən səylər ortaya qoymalarına baxmayaraq indiyədək bunlar müsbət nəticəsini verməyib. Çünki Ermənistan beynəlxalq təşkilatların - BMT-nin, Avropa Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunması tələbinə məhəl qoymur. Təəssüf ki, beynəlxalq ictimaiyyət, dünya siyasətində çəkisi olan dövlətlər, təşkilatlar buna laqeyd münasibət göstərir, ən yaxşı halda ikili standartlardan çıxış edirlər. Eyni sözləri ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə də bağlı demək olar".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol