• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşdü

Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşdü
26.05.2016 14:19
Azərbaycan nümayəndə heyəti təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək nümayəndələrin beynəlxalq görüşündə iştirak edib.
 
Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək nümayəndələrin VII beynəlxalq görüşü keçirilib. "Report"un məlumatına görə, tədbirdə dünyanın 75 ölkəsinin nümayəndələri iştirak ediblər.

Görüşün açılışında Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov və Şimali Qafqaz Federal Dairəsində Rusiya Federasiyası Prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Melikov çıxış ediblər.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və BMT Təhlükəsizlik Şurasının Antiterror İcraiyyə Komitəsinin icraçı direktorunun müavini Veytszonq Çen Rusiya Prezidenti Vladimir Putinin və Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gİ Munun təbrik məktublarını oxuyublar.

Görüşdə dünyanın müxtəlif regionlarında ekstremizmə və terrorizmə qarşı mübarizə, miqrasiya prosesləri, habelə beynəlxalq informasiya təhlükəsizliyi sisteminin formalaşması ilə əlaqədar məsələlər regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi kontekstində müzakirə olunub.

Görüşdə Azərbaycan nümayəndə heyətinə başçılıq edən Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev məruzələrlə çıxış edib.

Prezident Administrasiyasının rəhbəri məruzələrində Azərbaycanın terrorizmə və ekstremizmə qarşı mübarizə sahəsində müsbət təcrübəsini, habelə miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində əldə etdiyi uğurları diqqətə çatdırıb. O vurğulayıb ki, bu məsələlər Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə diqqət mərkəzində və nəzarətindədir.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri səfər çərçivəsində Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, habelə Belarus, Macarıstan və Rumıniya nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla görüşdə Azərbaycan ilə Çeçenistan arasında dostluq münasibətləri xüsusi qeyd edilib, bu münasibətlərin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdə təhlükəsizlik şuraları xətti ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi mövzusu müzakirə edilib.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol