• $
  • €
  • ₽
  • ₺
  • £

"Sabahkı seçkini 33 ölkədən 117 beynəlxalq müşahidəçi izləyəcək"

"Sabahkı seçkini 33 ölkədən 117 beynəlxalq müşahidəçi izləyəcək"
25.09.2016 21:40
 "Sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi (referendum) üçün bütün işlər nəzərdə tutulduğu kimi vaxtında və yüksək səviyyədə yekunlaşıb.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dairələr bütün texniki vasitələrlə təchiz edilib ki, bütün məlumatları operativ şəkildə MSK-nın internet saytına ötürə bilsinlər:

"Ölkədə fəaliyyət göstərən KİV-lər də görülən işləri aşkar şəkildə müşahidə edə biləcəklər. Polis orqanları ilə də sıx əməkdaşlıq edilib. Təlimlər keçirilib və onlara bütün lazımi göstərişlər verilib. Eyni zamanda, Penitensiar Xidmətin əməkdaşları üçün də təlimlər olub. Media nümayəndələrinin seçki günü necə işləməli olduğu izah edilib".

MSK sədri onu da qeyd edib ki, referendum seçkisi ilə əlaqədar 38 konsul və xarici səfirliklərin nümayəndəliklərində seçki məntəqələri yaradılıb:

"Hesab edirəm ki, sabah səsvermə zamanı heç bir problem yaranmayacaq. Məntəqələrin hamısı müşahidəçilər və KİV nümayəndələri üçün açıqdır. Akreditasiyadan kimsə keçibsə, o da rahat şəkildə müşahidə apara biləcək".

Məzahir Pənahov, həmçinin vurğulayıb ki, seçki prosesində əsas komponentlərdən biri də məhz müşahidəçilərdir. Sabahkı seçkini 33 ölkədən 117 beynəlxalq müşahidəçi izləyəcək:
"Seçkini izləmək üçün 16 ölkənin mətbuat nümayəndəsi ölkəmizə gələcək. Bundan başqa, 53 min 531 yerli müşahidəçi akreditasiyadan keçib. Onlardan 1097 nəfəri MSK-da qeydiyyatdan keçib. Həmin şəxslər həm paytaxtda, həm də bölgələrdəki seçki prosesini müşahidə edə bilərlər. Yerdə qalan 52 min 434 nəfər isə dairə seçki komissiyalarına müraciət edib. Eyni zamanda 34 min nəfərə yaxın şəxs öz təşəbbüsü ilə müraciət edib. 2 min 700 şəxs siyasi partiyalar tərəfindən təqdim olunub. QHT-lər 1046 nəfər təqdim edib".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol