• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər 300-dən çox məscidi yerlə yeksan ediblər

Ermənilər 300-dən çox məscidi yerlə yeksan ediblər
24.11.2016 12:36
Erməni vandalları köçürülüb gətirildikləri Azərbaycan torpaqlarından yerli türk-müsəlman əhalini didərgin salmaq üçün onların dini ibadət yerlərini – yüz illərlə öz varlığını qoruyub saxlamış nadir memarlıq inciləri olan 300-dən çox məscidi, çoxlu sayda minarələri, türbələri, ziyarət yerlərini, qəbiristanları yerlə yeksan ediblər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Tarixçi alim əlavə edib ki, vandallar ilk növbədə, İrəvandakı qədim məscidləri məhv ediblər.

Onun sözlərinə görə, erməni vandalları İrəvan qalasındakı Xan sarayını (Sərdar sarayı) dağıdıb yerində konyak zavodu tikiblər. Xan sarayının 1578-ci ildə Azərbaycan Səfəvi dövlətinin İrəvan bəylərbəyi Toxmaq xan tərəfindən tikdirildiyini deyən direktor qeyd edib ki, İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara və tədqiqatçılara "qədim erməni torpağında” və onun "qədim paytaxtında” yaşı 200 ildən yuxarı bir dənə də olsun tarixi abidə göstərə bilmirlər.

Y.Mahmudov qeyd edib ki, 1918-ci il mayın 29-da Şimali Azərbaycanda – keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradılıb:

"Ermənilər hər cür saxtakarlıqla regionun, Azərbaycanın tarixini öz əraziləri kimi təqdim etmək istəyirlər. Əslində isə 1918-ci il mayın 29-da İrəvan şəhərini və ətrafındakı 9 min kvadrat kilometr yeri onlara biz vermişik, ona kimi burada erməni dövləti olmayıb. Amma onlar özlərini ən qədim aborigen əhali, bizləri isə köçüb gələn kimi təqdim ediblər".

Y.Mahmudovun sözlərinə görə, müstəqillik dövründə Azərbaycan tarixi yenidən yazılır:

"Bizim tariximiz amansızcasına təhrif olunub. Xüsusilə, erməni saxtakarlar tariximizi başqa formada təqdim ediblər. Buna görə də tariximizi yenidən, olduğu kimi yazırıq. Bunları yazdıqca zərərli konsepsiyaları uyduranlar çox narahat olmağa başlayır, ölkəmizə qarşı hücumlar getdikcə kəskinləşir. Çünki biz tariximizi bərpa edirik".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol