• $
  • €
  • ₽
  • ₺
  • £

XİN müraciətlərə baxılma müddətini azaltdı

XİN müraciətlərə baxılma müddətini azaltdı
24.11.2016 13:09
Xarici İşlər Nazirliyinin (XİN) Kollegiyası "Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlament”ə dəyişikliklər edib.
 
Bu reqlamentə əsasən, XİN tərəfindən "http://mfa.gov.az/?options=content&id=245&language=az” elektron ünvanında təqdim edilən elektron xidmət xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin elektron qaydada qəbul edilməsini, araşdırılmasını və cavablandırılmasını əhatə edir.
 
Dəyişikliyə əsasən, elektron xidmətin icra müddəti azaldılıb. İndiyə qədər müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılıb. Dəyişiklikdən sonra qanunvericilikdə göstərilən hallar istisna olmaqla, müraciətlərə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılacaq.
 
Qeyd edək ki, qanunvericilikdə göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxılma müddəti ən çoxu 30 iş günü uzadıla bilər və bu barədə müraciət edən şəxsə bildiriş göndərilir. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılır. //APA

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol