• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirin restoranı niyə yandı?

Nazirin restoranı niyə yandı?
12.05.2017 10:11
"Müdafiə Sənayesi Nazirliyi (MSN) ”Yalquzaq" snayper tüfənginin ixracına başlayıb" xəbərinin ardından mayın 10-da nazir Yavər Camalovun mediada geniş müsahibəsi yayıldı. Y.Camalov müsahibəsində ölkəmizin getdikcə silah idxalatçısından silah ixracatçısına çevrildiyini bəyan etmişdi.
 
"Yeni Müsavat”ın yazdığına görə, nazirin odlu-alovlu bəyanatından 2 saat sonra Bakının tanınan və Camalovlara, konkret olaraq nazir Yavər Camalovun biznes şəbəkəsinə daxil olan "Niaqara” restoranında yanğın oldu. Restoranın həyətindəki yanğın 1 saatdan sonra söndürüldü. 

Qəzet yazır: "Nə baş verir? Yavər Camalovun açıqlamaları ilə onun restoranının yanması arasında əlaqə ola bilərmi? Məsələn, iddia etmək olarmı ki, nazirin "Azərbaycanın NATO kalibrində (7.62x51mm) ilk silahı olan ”Yalquzaq" tam olaraq yerli mütəxəssislər tərəfindən yaradılıb" açıqlaması dünyaya silah satan, özünün standartları ilə dünyada tanınan qonşu dövlətlərin qıcığına səbəb ola bilər. Daha bir versiya üzərində də fikirləşməyə dəyər. Məsələn, Azərbaycanın silah istehsalı sahəsində İsrail silah düzəldən şirkətləri ilə əməkdaşlıq etməsi sirr deyil. Bu kimi məsələlər Y.Camalovun müdafiə sənayesi rəhbəri olaraq hədəfə gəlməsinə səbəb ola bilər.

Belə bir güman yaranır ki, sanki kimlərsə nazirin qəsdinə durub. Onun rəhbərlik etdiyi nazirliyin müəssisəsində partlayışı yada salaq. 2015-in 7 iyulunda MSN-ə məxsus olan "Telemexanika” zavodunda partlayış və yanğın baş verdi, ölən və yaralananlar oldu. Üstündən 11 ay keçəndən sonra 2016-cı ilin iyun ayında Şirvanda yerləşən "Araz” zavodunda da partlayış oldu. İndi isə Bakı şəhərində nazirin restoranında yanğın baş verib. Silah istehsal edən böyük bir kompleksin başında dayanan nazirin tez-tez partlayış və yanğınlarla gündəmə gəlməsi təsadüfdürmü? Suallar çox, cavab isə hələ ki yox...”

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Siyasət 12:13
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Siyasət 11:58
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Siyasət 11:43
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox