• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin müharibə planı açıqlandı

Putinin müharibə planı açıqlandı
12.05.2017 12:28
Rusiya 2015-ci ildən qərb sərhədində üç yeni diviziyanın yaradılmasına başlayıb. Rəsmi məlumatlara görə, hər diviziyada 10 min əsgər olacaq.
 
Anews.az publika.az-a istinadən xəbər verir ki, Ukraynanın Liga.net saytı NATO-nun birləşmiş silahlı qüvvələrinin keçmiş baş komandanı, general Filip Bridlava istinadən real rəqəmin daha yüksək olduğunu yazıb.

Filipp Bridlav hesab edir ki, Rusiya yalan danışır. Onun sözlərinə görə, hərbi manevrlərdə təxminən 100 min əsgər iştirak edəcək. Saytın həmsöhbətlərinin məlumatına görə, qərb sərhədində yaradılan Rusiya qoşunlarının qruplaşması 2020-ci ilə qədər qonşu ölkələrə müdaxilə etməyə hazırdır.
Qoşun birləşmələrinin tərkibi və yaradılan infrastruktura əsasən, müdaxilənin dərinliyi 500 kilometrə qədər çata bilər.

Bildirilir ki, Baltikyanı ölkələrən başqa, Ukraynaya zərbənin bir neçə istiqaməti ola bilər: Çerniqov, Xarkov-Sumsk və Donetsk. Həmçinin Krımdan zərbə ehtimal edilr. Hərbi hücumun hədəfi işğal deyil, Ukrayna ordusunun əsas güclərinin dağıtmaq və ölkəni kapitulyasiyaya məcbur etməkdir.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinovun sözlərinə görə, Rusiya keçmiş Sovet İttifaqı çərçivəsində öz sərhədlərini bərpa etməyə çalışır və bunun üçün sərt texnologiyaları tətbiq edir.

Buraya seçkilərə müdaxilə, kadr təyinatları, maliyyə və ya energetika (qaz, neft) dopinqi, hərbi bazaların yerləşdirilməsi, kvazi hərbi ittifaqların yaradılması (Söhbət Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gedir - red.) kimi texnologiyalar daxildir”, - Turçinov bildirib.

Turçinov daha əvvəl xəbərdarlıq edib ki, Rusiya "Qərb-2017” genişmiqyaslı təlimlər zamanı Avropa istiqamətində, xüsusilə Polşa və Litvaya qarşı hücum əməliyyatlarını yerinə yetirməyə hazırlaşır.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol