• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ problemində beş rayon ilyüziyası - TƏHLİL

Qarabağ problemində beş rayon ilyüziyası -  TƏHLİL
15.05.2017 09:00
Qarabağ danışıqlarında Rusiyanı əvvəldən Minsk qrupunda təmsil etmiş Vladimir Kazimirov, yəqin ki, çoxlarının yadındadır. Ona bu problem barədə sual verəndə  adam işgüzar görkəm alıb o qədər uzun, yayğın və mənasız danışırdı ki, lap bezirdin. Kazimirovu xatırlayanda indi də onun üçün dəfələrlə mikrofon saxlamış biləklərim gizildəyir. Nə qədər sözünü kəsirdin, nə qədər yönəldici və mahiyyətə aid suallar verirdin, xeyri yox idi, yalnız öz bildiyini danışırdı. Düzdür, açıq suallardan da incimirdi, heç vecinə belə almadığı bu sualları adamın əsəblərini tarıma çəkən istehzalı gülüşü ilə qarşılayırdı. Üzbəüz dayananda bu gülüşə dözmək bir cəhənnəm əzabıydı…

Əslində Kazimirovun missiyası aydın idi: danışıqları uzatmaq, heç kimin qəlbinə dəymədən incə diplomatik ifadlərlə qeyri-müəyyənliyi dərinləşdirmək, erməniləri formada saxlamaq, ehtiyac yarananda isə Azərbaycana illüziya üçün ümidlər vermək…


İndi zaman dəyişib, Qərbin riyakarlığı ucbatından Rusiyanın Cənubi Qafqazda mövqeləri nisbətən güclənib. Odur ki, Moskva Türkiyədən ehtiyatlanmadan, İrana məhəl qoymadan özünü bölgənin şəriksiz sahibi hesab edir. Bu səbəbdən də  indi Moskvanın diplomatiya dili xeyli köntöyləşib, intonasiyası sərtləşib,  nə bizimlə, nə də Ermənistanla yumşaq dillə danışmağa ehtiyac görmür, arxasında güc dayanmış niyyətlərini açıq və birbaşa deyir. Bunun parlaq nümunəsini bu günlərdə Bakıya varid olmuş Kremlin ideoloqu Aleksandr Duqin saymazyana şəkildə nümayiş etdirdi.
 
Ocağımızın başında oturub dedi ki, Qarabağda müharibə olarsa, guya "Rusiya Ermənistanı dəstəkləməyəcək. Lakin Azərbaycanın da Qarabağı qaytarması istisnadır”.  Burada bir "bərəkallah” deyib, məsələnin üstündən keçmək olardı, amma Putinin, Lavrovun dili ilə danışan bu Zat, sonra izah verib deyir ki, Qarabağda yaranmış indiki "status-kvo Rusiyaya əlverişlidir. Beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır, lakin kimsə Qarabağda status-kvonu dəyişdirmək istəsə, biz müharibəyə müdaxilə etməyə məcbur olacağıq, bu isə hamının itki verməsi deməkdir”. Bəli, Duqin bizi qorxudur, çəkinmədən bizi 2008-ci ilin Gürcüstan variantı ilə, yəni hərbi müdaxilə və işğal ilə hədələyir.

Əlbəttə, A.Duqin, məsələn, V.Jirinovski ağılda olsaydı, bəlkə də bu bəyanata əhəmiyyət verməyə dəyməzdi, amma bu, elə-belə adam deyil. Kremlin danışan dilidir, ideoloqdur, Beynəlxalq Avrasiya Hərəkatının lideridir. Rusiyanın nüfuzlu filosoflarından sayılır, yeni dünya düzəni haqqında, həm də birqütblü dünya və Amerika əleyhinə  xeyli yazıları var, kitabları Avropada çap olunur. Bir də hər şeydən görünür ki, Duqin imperiya təfəkkürünün təmsilçisi və bu xülya ilə  yaşayan bir rus vətənpərvəridir. Tarixən belələrinin əlinə hakimiyyət keçməsi  pis nəticələr verir. Hələ yaxşı ki, Duqin praktik siyasətçi deyil.


Vladimir Kazimirovun yolu ilə gedən A.Duqin bəzi pozitiv görünən və Azərbaycan cəmiyyətində ümidlər yaradan bəzi müsbət mesajlar da verib. Məsələn,  "əsas odur ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır” deyib, bir də Qarabağ ətrafında işğal olunmuş "beş rayon dərhal qaytarılmalıdır” kimi cazibədar fikir səsləndirib . Əlbəttə, həqiqət olsaydı belə yanaşma, şübhəsiz ki, çox sağlamdır, amma təəssüf ki, təxminən 20 ildir ki, bizdə sevinc şirəsi ifraz etməyə səbəb olan bu "5 rayon” xəbəri təbliğat materialından başqa bir şey deyildir. Ona görə ki, bu rayonları qaytarmaq nə Rusiyanın, nə də Ermənistanın yaxın planlarına daxildir. Digər tərəfdən bu addımın atılması üçün  hazırda bölgədə nə hərbi, nə də siyasi şərait var. 2016-cı ilin aprelində Azərbaycan bu şəraiti yaratmağa çox yaxın idi, amma bölgədəki status-kvonun dəyişməsini istəməyən Rusiya buna imkan vermədi…
 
 
Qulu Məhərrəmli
Ayna

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Siyasət 12:13
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Siyasət 11:58
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Siyasət 11:43
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox