• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan hərəkətə keçdi

Sarkisyan hərəkətə keçdi
17.05.2017 14:36
Qondarma "erməni soyqırımı”nı ifşa edən və dünyaya Ermənistanın işğalçı dövlət olduğunu tanıdan Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey ölümlə təhdid olunur.

Bu barədə Publika.az-a açıqlamasında ASİMDER rəhbəri özü məlumat verib.

Onun sözlərinə görə, ermənilər son 5 il ərzində onu və ailəsini mütəmadi olaraq ölümlə təhdid edirlər: "Türkiyədə erməni camaatına və Avropadakı erməni lobbisinə qarşı təkbaşına mübarizə aparan ASİMDER-in rəhbəri olduğum üçün bu cür təhdidlərlə qarşılaşıram. Biz Türkiyədə Azərbaycanın Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi faktını ən güclü şəkildə təbliğ edən və bu işğalın sona çatmasına çalışan yeganə təşkilatıq. Ermənistan mediasında da yazırlar ki, ermənilər hansı daşı qaldırsalar, altından ASİMDER çıxır. Biz 24 saat ermənilərin qarşısına çıxıb yalan danışdıqlarını deyir, 1915-ci ildə əslində erməni quldur dəstələrinin müsəlman türkləri və kürdləri qətlə yetirdiyini danışırıq. Buna görə də 5 ildir Türkiyə və Avropada yaşayan ermənilərdən ölüm təhdidləri alıram. Telefonla evimə zəng edib övladlarımı və həyat yoldaşını təhdid edirlər, məni öldürəcəklərini deyərək, onları qorxudurlar”.

G. Gülbey bildirir ki, təhdidləri təkcə ermənilərdən yox, onların ortağı olan PKK-dan da alır.

"Hətta ermənilərin qəzeti olan "Agos”da məni manşet eləyib hədəf göstərirlər. Buna görə də internetdə yazılanları və telefon nömrələrini İğdır valiliyinə təqdim etdim. 5 ildir polisin mühafizəsi altındayam və yaşadığım İğdır şəhərindən başqa yerə gedəndə dövlət mühafizə verir, həmçinin, əsgərlər də yolda təhlükəsizliyə nəzarət edir. Xarici ölkələrə gedəndə isə Xarici İşlər Nazirliyinə gedəcəyim yer haqda məlumat verirəm, həmin ölkədəki Türkiyə səfirliyinə məlumat verilir”, - deyə o bildirib.

Qeyd edək ki, ASİMDER erməni işğalına qarşı mübarizə aparmaqla yanaşı, həm də maraqlı aksiyaları ilə də yadda qalıb. Misal üçün, bir müddət öncə təşkilat Xocalıda azərbaycanlıların qətlə yetirilməsində iştirak edən Ermənistan prezidenti Serj Sarkisyanı qiyami olaraq dar ağacından asmışdı.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol