• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili: Azərbaycan Qətərlə münasibətləri poza bilməz

Millət vəkili: Azərbaycan Qətərlə münasibətləri poza bilməz
06.06.2017 17:20
Qətər dövləti terrorçulara dəstək verməkdə və İranla məxfi münasibətlər qurmaqda ittiham olunur. Buna görə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn, Maldiv adaları, Liviya Qətərlə əlaqələri kəsib.

Azərbaycanın Qətərlə bir çox sahələrdə sıx əməkdaşlığı mövcuddur. Cərəyan edən Qətər böhranının ardınca Azərbaycanın bu ölkə ilə əlaqələrinin hansı səviyyədə davam edəcəyi maraqlıdır.

Anews.az xəbər verir ki, Milli Məclisin Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Kərimli mövzu ilə bağlı Modern.az-a açıqlama verib.

"Azərbaycan Qətərlə münasibətləri qətiyyən kəsməli deyil. Düzdür, Səudiyyə Ərəbistanı və digər dövlətlər Qətərlə əlaqələri kəsib. Bu dövlətlərlə olduğu kimi, Qətərlə də normal münasibətlərimiz var. Bu dövlətlər bir-birinə düşmən olmalı deyil. Axı Qətər terrorizmi maliyyələşdirmə ittihamını və İran barədə deyilən fikirləri qətiyyətlə qəbul etmir.

İkincisi, Azərbaycan hər zaman qruplaşmadan kənarda dayanıb. Qoşulmama Hərəkatının üzvüdür. Ona görə də bu, Azərbaycan-Qətər münasibətlərinə pis təsir edə bilməz. Təbii ki, hansısa dövlət digər dövlətə qarşı Azərbaycanın mövqe sərgiləməsini arzulayar. Amma Azərbaycanın öz dövlət siyasəti var və o siyasət davam etməlidir. Necə ki, Azərbaycan dövləti vaxtilə Rusiya-Türkiyə arasında yaranan gərginlik zamanı öz mövqeyini qoruyub saxlaya bildi”.

Deputatın sözlərinə görə, Qətərlə münasibətləri pozmaq olmaz: "Dostluq qrupunun üzvü kimi deyə bilərəm ki, əvvəla, Azərbaycanın çox həssas dönəmidir. Azərbaycan dövləti Ermənistandan başqa, bütün dövlətlərlə dostluq münasibətlərini qoruyub saxlaya bilib. Ona görə də Qətərlə münasibətləri poza bilmərik. ABŞ, İran, Türkiyə də Qətərdə baş verən hadisələrin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır.

Şübhəsiz ki, Azərbaycan da bu yolu tutmalıdır və elə də edir. Arzu edirik ki, bu məsələ dinc və danışıqlar yolu ilə həll olunsun. İstər siyasi, istər ticarət, istərsə də turizm cəhətdən Qətərlə çox yaxşı münasibətlərimiz var. Ona görə də Qətər-Azərbaycan münasibətlərinə xələl gəlməsinə yol vermək olmaz”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Siyasət 11:43
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox