• $
  • €
  • ₽
  • ₺
  • £

İran "İŞİD"in zərbəsinə necə cavab verəcək?

İran "İŞİD"in zərbəsinə necə cavab verəcək?
07.06.2017 22:20
""İŞİD"in nə zamansa İranı hədəf seçəcəyi bəlli idi. Bəri başdan deyim ki, İran parlamentində və Xomeyninin movzoleyində həyata keçirilən terror aksiyasında Səudiyyə Ərəbistanı izinin axtarılmasının əleyhinəyəm. Bu Ər-Riyada lazım deyildi. Doğrudur, Səudiyyə Ərəbistanı İranın siyasətindən narazıdır, onun dost və tərəfdaşlarının sayını azaltmağa çalışır, ancaq bu o demək deyil ki, hansısa terrorçu qrupu təlimatlandıraraq İrana göndərib və ya İrandakı tərəfdar qrupuna terror tapşırığı verib. Bu sırf "İŞİD"in dəst xəttidir".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, əslində, "İŞİD"in nə zamansa İranı da hədəf alacağı gözlənilən idi: ""İŞİD" ona qarşı savaşan bütün ölkələri hədəf alıb. Suriya ərazisində real olaraq 3 dövlətin silahlı qüvvələri mövcuddur: Türkiyə, Rusiya və İran. Bu 3 ölkə "İŞİD"in mövqelərini bombalayır, Əsəd ordusuna və ona müxalif olan qüvvələrə dəstək verirlər ki, onlar terrorçulara qarşı effektiv mübarizə aparsınlar. "İŞİD" cavab aksiyası kimi 3 dövlətin ikisində - Türkiyə və Rusiyada terror aksiyaları törətmişdi, qalmışdı bircə İran. Ona da əli çatdı. "İŞİD"in məqsədi İranı daxildən qarışdırmaqdır".

Politoloq bundan sonra nə baş verə biləcəyi ilə bağlı proqnozlarını da açıqlayıb: "İranın iki yolu var. Birinci yol ölkədə təhlükəsizlik tədbrilərini gücləndirərək Suriya və İraqda "İŞİD"lə mübarizədə yerli qüvvələrə dəstəyini gücləündirməkdir. İkinci yol İranda hakimiyyətə müxalif olan və fərqli düşünən bütün qüvvələrə qarşı "terrora dəstək" adı altında təzyiqləri gücləndirmək, ölüm hökmlərinin sayını artırmaqdır. İkinci yol İrana yaxşı heç nə vəd etmir. Əksinə, bu, "İŞİD"in mövqelərini gücləndirəcək. Aydındır ki, İran nə liberal baxışlı Böyük Britaniya və nə də Fransadır ki, terrorla üzləşdikdən sonra "azadlıqların təminatı, yoxsa sabitlik naminə azadlıqların məhudlaşdırılması" dillemması qarşısında qalsın. Tehran şübhəsiz sabitlik naminə olan-qalan azadlıqları da məhdudlaşdıracaq. Ancaq bu, İranın daxili problemlərini bir az daha artıracaq. "İŞİD" də elə bunu istəyir".

E.Şahinoğllu hesab edir ki, baş verənləri nəzərə alaraq Azərbaycan da ehtiyat tədbirləri görməlidir: "Terror Azərbaycanın qonşuluğuna çatıb. Azərbaycan "İŞİD"ə qarşı birbaşa mübarizədə iştirak etmir. Ancaq Azərbaycan beynəlxalq terrorçulara qarşı savaşda sivil dünyanın yanındadır. Digər tərəfdən, "İŞİD" sıralarında Suriya və İraqdakı savaşlarda nə qədər azərbaycanlının sağ qalıb-qalmadığı bəlli deyil. Bu amilləri nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var. Hər hansı azərbaycanlının Suriya və İraqdan xüsusi tapşırıqla Azərbaycana gəlməsi problematikdir, sərhəddə nəzarət gücləndirilib, adlar da bəllidir. Ancaq onlara ölkə daxilində rəğbət bəsləyənlər var. Onların da xüsusi nəzarət altına altında saxlanması vacibdir. Sadəcə, geyim formasına görə diqqət çəkən sələfilərin ucdantutma şübhə altına alınması da doğru deyil. Multikulturalizm dəyərlərinə sözdə və əməldə sadiq qalmalıyıq. "Əcinnə ovu"na əsla əsas verməməliyik, bunun əksi "İŞİD"in maraqlarına cavab verər".

Qeyd edək ki, bu gün "İŞİD" terrorçuları Tehranda İran parlamentinə və Xomeyninin məqbərəsinə hücüm edib. Nəticədə 7 nəfər ölüb, 13 nəfər yaralanıb.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol