• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Qarabağda hücuma keçə bilər - VİDEO

Ermənistan Qarabağda hücuma keçə bilər - VİDEO
09.06.2017 10:20
Sabah – iyunun 10-da ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcək. Səfərin məqsədi münaqişə zonasında vəziyyəti araşdırmaqdır.

Publika.az xəbər verir ki, Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan həmsədrlərin Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsinə nail olmaq, atəşkəsə nəzarət mexanizminin yaradılması məsələsini müzakirə etmək məqsədilə gəldiklərini açıqlayıb. Ermənistan mediası da həmsədrlərin səfəri öncəsi atəşkəsə nəzarət mexanizminin yaradılmasının vacibliyini cənfəşanlıqla təbliğ edir.

Ötən ilin 16 may tarixində keçirilən Vyana görüşündə atəşkəsə nəzarət mexanizmi müzakirə olunmuşdu, lakin iyunun 20-də keçirilən Sankt-Peterburq görüşünün rəsmi açıqlamasında bu məsələ qeyd olunsa da, əsas müzakirə mövzusunun ərazilərin qaytarılması olduğu məlum idi. İrəvan isə nəzarət mexanizminin yaradılmasını israrla vurğulayır. Bu baxımdan, Savarş Koçaryanın "ehtimalları” təsadüfi deyil. Əslində, İrəvan bununla səfər öncəsi nəzarət mexanizmini yenidən gündəmə gətirmək istəyir.

Atəşkəsə nəzarət mexanizmi münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması, silahsızlaşdırma, qoşunların hərəkətlərinin izlənilməsi, atəşkəs rejiminin pozulması hadisələrinin araşdırılması, bunun üçün regiona xüsusi "lokatorlar”ın yerləşdirilməsi kimi məsələləri əhatə edir. Atəşkəsi pozan tərəflər üçün sərt cəzalar, iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir. "Roys-Engel ideyası” adlanan bu təklif konqresmenlər Ed Roys və Eliot Engelə məxsusdur. Hər iki şəxs açıq şəkildə erməni lobbisi şəbəkəsində təmsil olunurlar. Burada əsas hədəf Ermənistanın işğal siyasətini möhkəmləndirmək, düşmən ölkəyə vaxt qazandıraraq, münaqişəni uzatmaqdır. Çünki belə bir mexanizmin qurulması Azərbaycanın beynəlxaq hüquqa əsasən ərazi bütövlüyünü bərpa etmək üçün gücdən istifadə etmək imkanını məhdudlaşdırır.

Bakının qarşı çıxdığı mexanizmlərin yaradılması məsələsi ötən il "aprel müharibəsi”ndən sonra gündəmə gəlmişdi. Lakin sonra maliyyə və digər məsələlər əsas gətirilərək, bu, təxirə salındı. Məsələnin təxirə salınmasında Rusiyanın da rolu var. Belə mexanizmin qurulması Azərbaycana işğalın möhkəmləndirilməsi baxımından sərf etmirsə, ruslara da münaqişə üzərində nəzarəti itirmək baxımından sərfəli deyil. Çünki Qərb belə mexanizmlə beynəlxalq müşahidəçiləri təmas xəttinə yerləşdirmək və rusların sülhməramlı arzularını puça çıxarmaq niyyətindədir. Son proseslər Qərbin bu istəyindən əl çəkmədiyini göstərir.

Bütün bunların fonunda Azərbaycan mövqelərinə hücuma hazırlaşan erməni hərbi birləşmələrinin "OSA” zenit-raket kompleksinin məhv edilməsinə görə Minsk qrupunun Bakını ittiham etməsi təsadüfi deyildi. O da təsadüf deyil ki, Dağlıq Qarabağ münaqişəsi üzrə ixtisaslaşmış Beynəlxalq Böhran Qrupu münaqişə zonasında hər an müharibənin başlaması haqda proqnoz verdi. Hesab etmək olar ki, Qərb vəziyyətin gərgin olduğu haqda beynəlxalq rəy yaradaraq, son nəticədə nəzarət mexanizmini yaratmaq istəyir. Hansı ki, bu, Ermənistanın əlini gücləndirəcək. Bu baxımdan, Ermənistanın nəzarət mexanizminin yaradılması üçün Qərbə "kömək edəcəyi” istisna deyil.

Hansı köməkdən söhbət gedir?: Mümkündür ki, Ermənistan bu gün, yaxud sabah cəbhədə gərginliyi artırmaq üçün təxribat hücumlarına keçsin. Hətta bu hücumların müharibəyə sövq edəcək həddə olması da gözləniləndir. Ermənistan belə hücumla münaqişə zonasında gərginliyi artıraraq, qərbli həmsədrlərə nəzarət mexanizmi üzərində israrla dayanmasına əsas verə bilər. Bu ərəfədə cəbhədə atılan hər gülləyə və yaranacaq gərginliyə görə məsuliyyəti Ermənistan daşıyır. Bu baxımdan, ehtiyatlı olmalıyıq.
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol