• $
  • €
  • ₽
  • ₺
  • £

İran TIR-ları Qarabağda: “Hər şey daşıyırlar…”

İran TIR-ları Qarabağda: “Hər şey daşıyırlar…”
10.06.2017 15:06
Xəbər verdiyimiz kimi rusiyalı yazıçı, ekstremist-faşist Eduard Limonov Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və ermənilər onu təmas xəttinə aparıblar, Qarabağın müxtəlif yerlərini gəzdiriblər. Məqsəd özünün dediyi kimi "türklərə nifrət edən” bu ekstremistin köməyi ilə təbliğat qurmaqdır. Azərbaycan XİN artıq Limonovun adını "qara siyahı”ya salıb. İstisna deyil ki, hüquq-mühafizə orqanları onun barəsində cinayət təqibi də başladacaqlar.

Limonov özünün Qarabağdan təəsüratlarını Rusiya saytlarında yerləşdirir. Virtualaz.org bu ekstremistin erməni təbliğatına xidmət edən qeydlərinə geniş yer vermək niyyətində deyil. Lakin Limonovun səfər qeydlərində bir detal diqqəti xüsusi cəlb edir: Qarabağda, Azərbaycanın işğal altındakı ərazilərində o tərəf-bu tərəfə hərəkət edən İran TIR-ları.

Limonov növbəti səfər qeydlərində də bu detala diqqət çəkib. Ağdərə istiqamətində gedəndə qarşısında tez-tez sarı nömrəli İran TIR-ları çıxıb. "Bu "fura”lar nə daşıyır?”-rusiyalı ekstremist onu müşaiyət edən ermənidən soruşub. "Hər şey”-erməni cavab verib.

İran yük maşınlarının Azərbaycanın işğal altındakı ərazilərində sərbəst hərəkəti haqda bundan əvvəl də ara-sıra xəbərlər çıxırdı. Belə görünür ki, bu maşınlar İran istiqamətindən Ermənistana daxil olur, daha sonra oradan Azərbaycanın işğal altındakı ərazilərinə erməninin dediyi kimi "hər şey” daşıyırlar. Bəs Azərbaycan tərəfi nədən İran TIR-larının işğal altındakı ərazilərə müntəzəm olaraq qanunsuz daxil olması barədə məsələni rəsmi Tehranın qarşısında qaldırmır? XİN nədən belə məlumatları qeydə alıb İrana nota vermir?

Bəlli olduğu kimi Azərbaycanın işğal altındakı ərazilərinə Bakının icazəsi olmadan daxil olanların adları XİN-in "qara siyahı”sına daxil edilir. Vaxtaşırı olaraq Azərbaycan hakimiyyəti işğal altındakı ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərə xəbərdarlıq edir, onların mənsub olduğu ölkələrin rəsmi məqamları qarşısında məsələ qaldırıb belə fəaliyyəti əngəlləməyə çalışır. Lakin İran TIR-ları məsələsi nədənsə diqqətdən kənarda qalıb.

Hansı ki, həmin TIR-ların dövlət nömrə nişanlarını təsbit edərək onların sonradan Azərbaycan üzərindən tranzit yükdaşımalar həyata keçirməsinə imkan verməmək olardı. İşğal altındakı ərazilərdə hər gün o tərəf-bu tərəfə hərəkət edən İran TIR-larının nömrələrini qeydə almaq üçün Müdafiə Nazirliyinin kəşfiyyat vasitələrinin imkanlarından yararlanmaq mümkündür.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Siyasət 11:43
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox