• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvan ərazilərin qaytarılması ilə bağlı iclas keçirəcək

İrəvan ərazilərin qaytarılması ilə bağlı iclas keçirəcək
13.07.2017 10:03
"Azərbaycan Ermənistana və ATƏT-in Minsk qrupunun həmsədrlərinə substantiv danışıqların aparılması ilə bağlı təzyiq göstərir. Bakının bu təzyiqi Alxanlıda 2 yaşlı Zəhra və nənəsinin erməni hərbi birləşmələri tərəfindən qətlə yetirilməsindən sonra gücləndi”.

Publika.az "moscow-baku” portalına istinadən xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının üzvü, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüssel görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan münaqişənin həll olunmamasından artıq yorulub: "Bakının təzyiqləri qarşısında həmsədrlər Ermənistan rəhbərliyindən məzmunlu danışıqlara başlamağı tələb edir. Ermənistanda hiss olunan narahatlıqlar da bu təzyiqlə bağlıdır”.

S.Markov Brüssel görüşündən sonra hadisələrin inkişafını belə proqnozlaşdırır: "Hesab edirəm ki, yaxın günlərdə Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək və münaqişənin həll olunmasına hesablanmış substantiv danışıqlara başlamaqla bağlı qərar qəbul ediləcək”.

Rusiyalı politoloq qeyd edib ki, nazirlərin görüşündən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi ehtimalı yüksəkdir.

"Lakin o da istisna deyil ki, prezidentlərin görüşündə Ermənistan tərəfi qeyri-konstruktiv mövqeni davam etdirsin. Belə olacaqsa, Azərbaycan məzmunlu danışıqlar üçün təzyiqini daha da artıracaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Ermənistanın yayınmaq istədiyi substantiv danışıqlar münaqişənin mərhələli şəkildə həlli məsələsinin müzakirəsini özündə ehtiv edir. Rəsmi Bakının tələbi ilə həmsədrlər İrəvanı masaya dəvət edir. İyulun 11-də keçirilən nazirlərin Brüssel görüşü də bu danışıqların başlanğıcı hesab oluna bilər.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol