• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin təsdiqlədiyi və Azərbaycanı düşündürən sənəd

Putinin təsdiqlədiyi və Azərbaycanı düşündürən sənəd
29.07.2017 10:32
Rusiya-Ermənistan birgə qoşun qüvvələri anlayışı həqiqətdə mövcud deyil, bu, yalnız kağız üzərindədir.
 
Modern.az saytının məlumatına görə, bunu rusiyalı hərbi ekspert Pavel Felqenhauer Vladimir Putinin Rusiya-Ermənistan birgə qoşun qüvvələrinin yaradılması haqqında sazişi təsdiq etməsinə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, belə qoşun növü yalnız Rusiya və Ermənistan prezidentlərinin birgə qərarı ilə müharibə təhlükəsi zamanı yaradıla bilər.
 
Pavel Felqenhauer Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə birgə qoşun növünün yaradılması haqda suala cavab verməyin çətin olduğunu da bildirib. Lakin Türkiyənin Ermənistanla münaqişəsi zamanı belə bir prosesin baş tutacağını qeyd edib.
 
"Qarabağla bağlı bu məsələyə cavab vermək çətindir. Ehtimal ki, Qarabağda müharibə başlasa, belə qoşun növü yaradılmayacaq. Türkiyə ilə münaqişə halında isə, ehtimal ki, bu baş tutacaq. Lakin bir şeyi də xatırlatmaq lazımdır ki, onsuz da Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur.
 
Bir sözlə, belə qoşun növünün yaradılması üçün şərtlər var, amma hazırda təsdiq edilən saziş təbliğat xarakteri daşıyır. Müqavilənin müddəaları sülh dövrünə şamil edilmir. Üstəgəl, bu sazişdə Qarabağla bağlı bənd və öhdəlik  yoxdur”-Felqenhauer bildirib.
 
"Fərz edək ki, Qarabağda 2016-cı ilin aprelindəki kimi əməliyyatlar olacaq. Bu halda birgə qoşun qrupunun yaradılması üçün Rusiya və Ermənistan prezidentlərinin birgə qərarı olmalıdır. Bəs Rusiya belə qoşun növünün yaradılmasını istətəyəcəkmi – çox güman ki, yox. Çünki Rusiya Azərbaycan və Ermənistanla eyni münasibət qurmaq istəyir”-deyə o əlavə edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol