İtaliyalı mütəxəssislər Kəlbəcərə nə üçün gəlir?

Bu günlərdə Kəlbəcər dağlarına İtaliyadan memarlıq-bərpa işləri üzrə mütəxəssislər təşrif buyuracaq.
Moderator.az bu haqda Rusiyada nəşr edilən erməni saytlarına istinadla xəbər yayıb. Xatırladaq ki, bu ilin iyun ayında saytımızda "Ermənilər Kəlbəcərdə Xudavəng məbədini təmir edir” başlıqlı yazıda bölgədəki qədim Azərbaycan abidəsinin təmirinə başlanmasından bəhs edilirdi. Həmin xəbərdə təmirin erməni mütəxəssislər tərəfindən aparıldığı aydın olurdu. Növbəti xəbərdən isə bilinir ki, Bağlıpəyə kəndinin yaxınlığında yerləşən Xudavəng monastır kompleksinin təmirində İtaliyalı mütəxəssislər də iştirak edib. Artıq kompleksin 4 qülləsi təmir edilib.
www.anews.az
























