• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın kabusu CƏBHƏYƏ YERLƏŞDİRİLDİ: düşmən tir-tir əsir - VİDEO

Ermənistanın kabusu CƏBHƏYƏ YERLƏŞDİRİLDİ: düşmən tir-tir əsir - VİDEO
09.08.2017 13:06
Azərbaycan müdafiə naziri Zakir Həsənov ötən ay Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Suriyada hərbi əməliyyat təcrübəsinin regionda tətbiqi məsələsini müzakirə edib. Zakir Həsənov bunu "RİA Novosti” agentliyinə müsahibəsində də təsdiqlədi. Məsələnin Dağlıq Qarabağda mümkün müharibədən ibarət olduğu məlumdur, lakin Suriyada konkret hansı təcrübədən bəhs edildiyi müəmma olaraq qalır.

Publika.az xəbər verir ki, Rusiya Suriyadakı hərbi əməliyyatlarda TOS-1A "Günəş alovu” və TOS-1S odsaçan sistemlərindən mütəmadi olaraq istifadə edir. Bir neçə on kilometrlik məsafədəki hədəfləri məhv etmək gücünə sahib olan bu sistemlər lokal ərazilərdə müharibənin aparılmasında əvəzolunmaz silahlardır.

Hesab etmək olar ki, Suriya təcrübəsi dedikdə məhz bu sistemlərin Dağlıq Qarabağda mümkün tətbiqi nəzərdə tutulur. Çünki Azərbaycan Rusiyadan TOS-1A "Günəş alovu” və TOS-1S odsaçan sistemlərini alıb. Ötən ilin "aprel döyüşləri”ndə bu silahlar erməni hərbi birləşmələrinə ağır zərbələr endirdi. Bu ilin 10 iyulunda Rusiyada Bakıya gətirilən yeni silah partiyasında bu sistemlərin mərmiləri də var idi. Maraqlıdır ki, dəniz yolu ilə Bakı limanına gətirilən silahlar birbaşa cəbhə xəttinə göndərildi.

Həmin vaxt "1in.am” saytı yazırdı ki, bu, silah partiyasının Bakıya gətirilməsi Azərbaycanın hədəfini müəyyən edir: "Müharibəyə hazırlıq. Ermənistanın son hücumu (4 iyulda Ermənistan Füzulinin Alxanlı kəndində mülki əhaliyə hücum etdi – red.) görünür, bütün daşları yerindən oynatdı və Azərbaycan daha ağır zərbəyə hazırlaşır. Bu, həmçinin o deməkdir ki, Bakının son zərbəsi başlanğıcdır”.

Ermənistan Rusiyanın Suriyadakı hərbi əməliyyat təcrübəsini Azərbaycanla bölüşməsindən də narahatdır.

Erməni siyasi şərhçi Akop Badalyan Rusiyanın Azərbaycana Qarabağı geri qaytarmağa kömək edəcəyini yazıb.

"TOS-1S və TOS-1A sistemləri adi raketlərdən iki dəfə güclüdür. Görünür, bu sistemlər regionda balansı Azərbaycanın xeyrinə dəyişib. Çünki Azərbaycanın bu sistemləri almasından dərhal sonra erməni tərəfi Rusiya ilə yeni silah krediti məsələsini müzakirə etməyə başladı. Görünür, Azərbaycan cavab olaraq bu sistemləri tətbiq edəcək”, - Badalyan vurğulayıb.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol