• $
  • €
  • ₽
  • ₺
  • £

“Kürdlər Azərbaycan ərazilərinə iddialarını gizlətmirlər”

“Kürdlər Azərbaycan ərazilərinə iddialarını gizlətmirlər”
20.08.2017 19:52
"Kürdüstanın tanınması məsələsində Azərbaycan özünün müttəfiqi olan Türkiyənin siyasətinə uyğun hərəkət edəcək”.
 
Bunu AMEA Şərqşünaslıq İnstitutunun direktoru, Azərbaycan parlamentinin keçmiş vitse-spikeri, akademik Gövhər Baxşəliyeva "Virtualaz.org”a müsahibəsində deyib.

Lakin alim istisna etmir ki, Kürdüstan müstəqil olmaya da bilər, çünki qonşu ölkələr onun suverenliyinə qəti etiraz edirlər: "İstənilən halda, Azərbaycan bu məsələdə Türkiyə ilə eyni mövqedən çıxış etməlidir. Yeri gəlmişkən, Azərbaycan həmişə dövlətlərin parçalanmasına qarşı çıxıb. Bakı separatçı qurumları tanımır və bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir”, - akademik qeyd edib.

O xatırladıb ki, kürdlər heç vaxt Azərbaycan ərazilərinə iddialarını gizlətməyiblər və bunu nə vaxtlarsa dövlətimizin ərazisində Qırmızı Kürdüstan adlı qurumun mövcud olması ilə əsaslandırırlar. Lakin onun yaranması və mövcud olması tarixinin kürd xalqına heç bir aidiyyatı yoxdur. Bəli, ötən əsrin 20-ci illərində orada bir neçə min kürd yaşayıb və bolşeviklər onlar üçün kürd dilində tədris aparılan məktəblər açmağa qərar veriblər.

Lakin əhalinin yalnız 17 faizi bu dili özünün ana dili hesab edib, digərləri isə Azərbaycan dilində təhsil verən məktəblərdə oxumağa davam ediblər: "Səhv bir fikir var ki, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının əhalisini kürdlər təşkil edir. Bu belə deyil, orada türklər yaşayır və heç kim kürd dilini bilmir. Sadəcə olaraq, bir vaxtlar ermənilər hamıya, o cümlədən bizə təlqin edə biliblər ki, tarixən oralarda kürdlər yaşayıb”, - G.Baxşəliyeva sözlərinə davam edib.

Alim onu da qeyd edib ki, Yaxın Şərqdə yaşanan xaos ilk növbədə ABŞ-a lazımdır ki, regionu asanlıqla idarə edə bilsin: "Buna görə də, istisna etmirəm ki, məhz Ştatlar Kürdüstanın müstəqilliyini və İraqın parçalanmasını dəstəkləyəcəklər. Bu prosesdən əziyyət çəkən isə yenidən Qərb imperializminin maraqlarının qurbanına çevriləcək İraq ərəbləri olacaq”, - G.Baxşəliyeva hesab edir.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol