• $
  • €
  • ₽
  • ₺
  • £

Şahbaz Quliyevin qardaşı İrəvana getmək istəyir

Şahbaz Quliyevin qardaşı İrəvana getmək istəyir
09.10.2017 12:41
"Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edərək bildirirəm ki, məni İrəvana aparsınlar, gedib qardaşıma baş çəkmək istəyirəm”.
 
Bunu AzVision.az-a açıqlamasında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib. O, qardaşını görmək üçün İrəvana getməyə hazır olduğunu bildirib.

"Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrindən dəfələrlə xahiş etmişik ki, qardaşımla "whatsapp” vasitəsi ilə canlı danışaq, səsini eşidək. Amma icazə verməyiblər. Arada bir-iki dəfə videosunu gətiriblər. Amma biz istəyirik ki, onun səsini canlı eşidək. Qardaşıma görə çox narahatıq. Səhhəti yaxşı deyil. Sizin vasitənizlə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümyəndələrinə müraciət edirəm ki, heç olmasa, məni İrəvana qardaşımın yanına aparsınlar. Qardaşımın necə olduğu gözlərimlə görmək istəyirəm”,- girovun qardaşı vurğulayıb.

Qeyd edək ki, erməni girovluğunda olan Şahbaz Quliyevin səhhəti ağırlaşıb. O, İrəvan xəstəxanasına aparılıb. Kəlbəcər girovu bir aya yaxındır ki, İrəvanda xəstəxanada müalicə alır.

Xatıladaq ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib.

Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə əlaqə saxlanılır.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol