• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyir

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyir
13.10.2017 21:57
Azərbaycanın böyük bəstəkarı, publisist və ictimai xadimi Üzeyir bəy Hacıbəyli qürbətdə diplomatik səfərdə olan  qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubunda çox vacib bir məqama toxunur. O zaman hələ Azərbaycan Cümhuriyyəti süquta uğramamışdı. Amma erməni fitnəkarlığı yenə də öz sözünü deyirdi. Özü də onlar təkcə torpaq yox, həm də mədəni-mənəvi sərvətlərə də hələ o vaxtdan iddia edirdilər. Onların oğurlamaq istədiyi növbəti Azərbaycan xəzinəsi isə Üzeyir bəyin "Arşın mal alan” operettası olub. Maraqlıdır ki, o zamankı hökumət rəhbəri Nəsib bəy Yusifbəyli ermənilərin bu hərəkətini Zəngəzur iddiasından baha betər adlandırıb.
 
Moderator.az həcmcə qısa olsa da, mahiyyətcə böyük mətləblərdən xəbər verən həmin məktubu təqdim edir:
 
"Bir neçə gün əvvəl İstanbul səfirimiz Yusif Vəzirovdan ( yazıçı Yusif Vəzir Çəmənzəminlini nəzərdə tutur-E.N.) bir məktub aldım. Yazır ki, ermənilərin fransızca "Renessans” qəzetəsi iddia edir ki, "Arşın mal alan”ı yazan ermənidir. Yusif bu işdən çox mütəəssir olduğunu yazır və israr eləyir ki, mən əsərlərimin notlarını çap etdirib onlara göndərim ki, səfarət xərcinə olaraq, bütün Yevropada, həmən Amerikada böylə intişarına səy göstərsin. Hərgah, mən Parisdə olsaydım, notlarımı tezliklə və yəqin ki, ucuz olaraq çap elətdirərdim. Mən əhvalatı Nəsib bəyə (ADR-in baş naziri Nəsib bəy Yusifbəyli) də söylədim. Dedi ki, bu iddia ermənilərin Zəngəzur iddiasından daha betərdir”.
 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol