• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının döyüş tapşırığı İrəvanı QORXUYA SALDI

Bakının döyüş tapşırığı İrəvanı QORXUYA SALDI
23.10.2017 11:19
Müdafiə naziri Zakir Həsənovun Ali Baş Komandanın tapşırıqlarına əsasən Silahlı Qüvvələr Mərkəzi Komanda Məntəqəsində keçirdiyi müşavirə düşmən tərəfindən ciddi narahatlıqla qarşılanıb.

Publika.az xəbər verir ki, general-polkovnik Z.Həsənov hərbi hissələrin, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, xidməti döyüş fəaliyyəti, bölmələrin manevr imkanları, qoşunların döyüş qabiliyyətinin artırılması, eləcə də düşmənin təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar müvafiq tapşırıqları bütün kateqoriyalardan olan komandir və rəis heyətinin diqqətinə bir daha çatdırıb.

Müdafiə nazirinin keçirdiyi müşavirə və orduya "Hazır ol!” tapşırığı Ermənistanı qorxudub.

"Lragir” saytı yazır ki, Azərbaycan Ordusu hər an tətikdədir: "Güman ki, rəqib (Azərbaycan) hərbidə və diplomatiyada yeni hücumlara hazırlaşır. Rəsmi Bakı artıq həm hərbi, həm də diplomatiya sahəsində ciddi addımlar atmaq, istədiklərinə nail olmaq səviyyəsindədir və müdafiə nazirinin keçirdiyi müşavirə də deməyə əsas verir ki, Ermənistan ciddi zərbələrlə üzləşə bilər”.

Erməni siyasi şərhçi Sarqis Artsruni isə yazır ki, Azərbaycanın məhvedici taktikanı seçib və bu, yalnız erməni cəmiyyətinin itkilərlə üzləşməsi ilə nəticələnir.

"Ermənistan cəmiyyətində ümidsizlik yaranır, çünki Azərbaycan öz qəti mövqeyindən geri çəkilmir, Ermənistan hakimiyyəti isə öz xalqını düşünmür. Serj Sarkisyan Qarabağ münaqişəsinin nizama salınması prosesindən öz hakimiyyətinin maraqlarına uyğun istifadə edir və bunun fonunda bəzən Azərbaycan haqlı görünür. Azərbaycanın apardığı əldən salan müharibə və Ermənistan ordusunun dəhşətli vəziyyəti erməni xalqı üçün qorxulu gələcək vəd edir. Bunun əsas günahkarı isə Serj Sarkisyan hakimiyyətidir”, - deyə o bildirib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol