Ermənistanda 5560 dövlət işçisi ixtisar olunacaq

Ermənistan höküməti 2018-ci ildə dövlət sistemindən 5560 işçi və ya iş yerini ixtisara salmağı nəzərdə tutur.
AzVision.az"Jamanak”-a istinadən xəbər verir ki, bu, ümumi işləyənlərin 4 %-ni təşkil edir.
Qeyd edilb ki, 2017-ci ildə dövlət strukturlarında işləyənlərin sayı 144 min 113 nəfər olub. 2018-ci ildə isə onların sayı 138 min 549 nəfər olacaq. İxtisarlar nəticəsində hökümət 3 milyard dram vəsaitə qənaət etmiş olacaq.
Bildirlib ki, göstərilən rəqəmlər 2018-ci ilin dövlət büdcəsi layihəsində öz əksini tapıb. Layihəyə əsasən ixtisarlar dövlət strukturunun bütün sahələrini əhatə edəcək. İş yerləri baxımından ən böyük ixtisarların təhsil sahəsində aparılacağı gözlənilir.
www.anews.az
























