• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Avropaya qəbul etdirdiyi Qarabağ şərti

Azərbaycanın Avropaya qəbul etdirdiyi Qarabağ şərti
26.12.2017 22:29
Bürsseldən verilən son açıqlamalar ermənilərdə ruh düşgünlüyü yaratdı.

Avropa Birliyi ilə Azərbaycanın tərəfdaşlıq müqaviləsinin imzalanması üzrə danışıqların bərpası barədə Avropa Komissiyasının saytında yerləşdirilmiş mətn qılıqlı, hətta komplimentar xarakterlidir.

Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, bu barədə "Rosbalt”da bu gün dərc edilmiş məqalədə vurğulanır.

Məqalə müəllifi İrina Corbenadze bildirir: "Brüssel ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prinsipinə sadiqliyini vurğulayaraq bəyan edir ki, Azərbaycan Avropa Birliyinin o cümlədən iqtisadi tərəfdən önəmli tərəfdaşıdır, onu multikulturalizmin və dini dözümlülüyün dəstəklənməsinə görə tərifləyir”.
Qeyd edək ki, məqalə müəllifinin sadaladığı bu cəhətlər erməni KİV-lərinin uzun zaman höccələdiyi tezislər idi: guya Avropa Azərbaycanın ərazi bütövlüyünü tanımır, guya Avropanın Şərq sərhədləri Qarabağda Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttindən keçir, guya bütün dünya bilir ki, Azərbaycanda etiqadca xristian olan ermənilərə qarşı dözülməzlik var və s.

Brüsselsə öz saytında yerləşdirdiyi mətnlə erməni KİV-lərinin bu taftalogiyasını dağıtdı.  İrina Corbenadze bunu Bakının özünün göstərdiyi qətiyyətlə bağlayır: "Avropa Birliyi Azərbaycanı hərbi-siyasi və iqtisadi baxımdan özünə tabe edə bilmədi, Azərbaycan Qərbin istənilən təşəbbüsünə öz milli suverenliyi və mövcud hakimiyyətin dayanıqlılığı   prizmasından baxır… Azərbaycan öz ayağının üzərində dayanmağı bacaran ölkədir və onun Avropa Birliyinə öz şərtlərini diqtə etməyə haqqı var”.

Məqalədə də vurğulanır ki, Azərbaycanın Avropaya diqtə etdiyi əsas şərt Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Rəsmi Bakı Avropanın Qarabağ məsələsinə Helsinki prinsipləri – ərazi toxunulmazlığı və müstəqilliyə hörmət prinsipləri əsasında yanaşılmasını tələb edir və buna qədər də edirdi. Amma AŞPA-da fəaliyyət göstərən erməni lobbisi məsələyə xiristian həmrəyliyi donu geyindirməyə çalışırdı. Göründüyü kimi, Azərbaycanın göstərdiyi qətiyyət Avropa Birliyini Qarabağ məsələsinə də postsovet məkanının digər münaqişələri kimi yanaşmağa məcbur etdi. Böyük ehtimala bu, münaqişənin Madrid prinsipləri üzrə həlli məsələsində Azərbaycanın tələblərinin nəzərə alınması ilə nəticələnəcək.

Avropa Komissiyasının saytına yerləşdirilmiş mətn bir sıra erməni ekspertlərinin etiraf açıqlamaları verməsinə səbəb olub. Məsələn, "1in.am” portalına müsahibə vermiş erməni politoloq Laura Baqdasaryan etiraf edib ki, Ermənistanla bağlanmış müqavilə ilə Azərbaycanın təklif etdiyi müqavilə arasında ciddi fərq var: "Azərbaycan Avropa Birliyinə strateci əməkdaşlıq haqqında saziş bağlamağı təklif edib. Deyirlər ki, ilk dəfədir ki, tərəfdaş dövlət AB-yə bu cür təkliflə müraciət edir”.

Erməni politoloq da etiraf edir ki, Azərbaycanın təklif etdiyi sazişdə rəsmi Bakı yetərincə imtiyazlı durumdadır.  Və Avropa Komissiyasının saytına yerləşdirilmiş mətndən belə görünür ki, Azərbaycan təklif etdiyi bu imtiyazların müqavilədə də yer almasına nail olacaq. Çünki Azərbaycan postsovet müstəvisinin bəz ölkələri kimi Avropadan yardım istəmir, özü Avropaya enerji mənbələrinin şaxələndirilməsində yardım edir.
 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol