• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın "Qrom-2" raketini alması sirri necə yayılıb?

Azərbaycanın "Qrom-2" raketini alması sirri necə yayılıb?
05.01.2018 00:07
Ukraynada "Qrom-2” operativ-taktiki raketləri sınaqdan keçirilib. "Qrom-2” operativ - taktiki raketləri 280 kilometr məsafədə olan hədəfləri vurmaq qabiliyyətinə malikdir ki, bu da taktiki-texniki parametrlərinə görə "İsgəndər-M” raketlərinin göstəricilərinə yaxındır. 

Xarici media orqanları isə sözügedən operativ-takriki raketlərdən Azərbaycanın da sifariş etdiyini və bu raketlərin silah arsenalına əlavə ediləcəyi barədə məlumat dərc ediblər. 

Bu kimi məlumatların hərhansısa bir formada mediaya sızması hərbi sirrin yayılması demək deyilmi? Bu barədə BiG.AZ-a danışan hərbi ekspert Ramil Məmmədli bu məlumatların yayılmasını hərbi sirrin yayılması kimi qiymətləndirdiyini və hərbi texnika ticarəti ilə məşğul olan şirkətlərin rəqabətinin bu informasiyaların yayılmasına təsir göstərdiyini bildirib: 

"Hərbi sahədə olan bir çox məsələlər hərbi sirr sayılır. Xüsusilə də müharibə şəraitində yaşayan ölkələrdə buna ciddi şəkildə yanaşmaq lazımdır. Azərbaycan da bu kimi ölkələr siyahısındadır ki, hər bir məlumata çox diqqətlə yanaşmaq lazımdır. 

Hərbi sənayə ticarəti sahəsində fəaliyyət göstərən bəzi şirkətlər informasiyaları yaymaqla məşğuldurlar. Yaxud onlar arasında olan sağlam, yaxud qeyri-sağlam rəqabət həmin informasiyaların yayılması ilə nəticələnir ki, bu da bəzən xoşagəlməz vəziyyət yaradır. Təbii ki, bu yolverilməz bir haldır. Mən inanmıram ki, Azərbaycan Müdafiə Nazirliyi bu kimi vacib informasiyaları sosial mediaya sızdırsın yaxud buna şərait yaratsın".
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol