• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda Türkiyə qorxusu: ruslar sərhəddən çəkiləcək

Ermənistanda Türkiyə qorxusu: ruslar sərhəddən çəkiləcək
27.01.2018 19:35
Türkiyənin terror əleyhinə hərbi əməliyyatlarından öncə, Rusiya ordusunun Afrindən çəkilməsi Ermənistanda ciddi qorxu yaradıb.

İstiPress-in məlumatına görə, Ermənistan Strateji və Milli Tədqiqatlar Mərkəzi bununla bağlı xüsusi məqalə hazırlayaraq  "Lragir”də dərc etdirib. Məqalədə bildirilir ki, ermənilər arasında Rusiya ordusunun Türkiyə-Ermənistan sərhəddini tərk etməsi ilə bağlı çağırışlar səslənməyə başlayıb.  

"Aydın olanda ki, Rusiya - Türkiyə kulis anlaşmalarından sonra rus ordusu Suriyanın Afrin bölgəsini tərk edərək kürdləri türk təhlükəsi ilə üz-üzə qoyub, ermənilər arasında Rusiya Federasiyasının sərhəd xidmətindən imtina məsələsi gücləndi. Çoxları narahat olur ki, Rusiya ordusu ya Türkiyə silahlı qüvvələrinin hücumunu dayandırmağı bacarmadığından, ya da bunu istəmədiyindən Afrini tərk edir və istisna etmir ki, günlərin birində Türkiyə tərəfdən təhlükə olan zaman Rusiyanın sərhəd qoşunları Ermənistan - Türkiyə sərhədini tərk edəcək”, - deyə məqalədə vurğul

Məqalədə Ermənistanın öz sərhədlərini qoruması üçün öz ordusuna güvənməsinin vaxtı çatdığı iddia edilir. Amma məqalə müəllifləri bir amili unudurlar - Ermənistanın bunu etməyə nə insan resursu, nə də müasir silahları var. Ermənistanın havadan müdafiə sistemindəki bütün raket-zenit kompleksləri, o cümlədən "İsgəndər”lər Rusiyaya məxsusdur, İrəvan üzərində  keşik çəkən qırıcılar da Rusiyanındır.

Ruslar Ermənistanın təhlükəsizliyini öz üzərlərinə götürməklə ermənilərə Dağlıq Qarabağda 20 minə qədər ordu saxlamağa şərait yaradırlar. Elə ermənilərin öz imkanları da bundan çox artıq ordu saxlamağa imkan yaratmır. Hər il Ermənistanın orta məktəblərini 10 minə yaxın oğlan bitirir, iki illik hərbi xidmət nəzərə alınarsa, Ermənistan ordusunua maksimum 20 min müddətli hərbçi çağırmaq mümkündür.

Bunun üzərinə zabitlər və muzdlu əsgərlər gəlinərsə, Ermənistan ordu sayını maksimum  30 minə çıxara bilər. Bu isə təbii ki, Ermənistanın sərhədlərini qorumağa yetmir və artıq Azərbaycan - Ermənistan sərhəddinin Naxçıvan hissəsini Rusiya ilə birləşmiş qoşun hissələri qoruyur.

açıqlamasa da Serbiyaya maksimum yardım edirdi, rus qırıcılar Bloqarıstandan keçərək NATO mövqelərini vururdu. Sonuc bəllidir - NATO Kosovonu Serbiyadan qopardı, Serbiyanı və Bolqarıstanı Rusiyanın təsirindən çıxararaq Avropa Birliyinə daxil etdi.

Afrindən çıxış postsovet dövründə müstəqil Rusiyanın ikinci məğlubiyyəti sayıla bilər. Hər halda, SSRİ tərəfindən yaradılmış PKK uzun illər edilən rus yardımına baxmayaraq indi özünü ABŞ-ın qucağına atmaq istəyir. Bu, rusların Suriyadan da çıxmasının ananosudur.

Təbii ki, Suriyadan sonra Rusiya ordusu Cənubi Qafqazı da tərk edəcək və bunun üçün Azərbaycan və Türkiyə iqtisadi sahədə Rusiyaya müəyyən güzəştlərə getməli olacaqlar. Sirr deyil ki, 1994-cü ildə Azərbaycanın Horadiz istiqamətində etdiyi uğurlu əks-hücum "Əsrin müqaviləsi”ndə Rusiyaya 10 faizlik pay verilməsi nəticəsində olmuşdu. Rusiya Ermənistana yardım etməyəcəyinə vəd vermişdi və bu, Ermənistan ordusunun 15 min əsgərini itirməsi ilə nəticələndi. Azərbaycan ordusu cəbhə xəttini on kilometrlərlə geri ata bildi.

Afrindən rusların çıxışı isə Türkiyənin "Türk axını” qaz kəmərinin ikinci qolunun çəkilməsinə razılıq verməsi ilə baş tutdu. Bu, "Şimal axını”nın ikinci qoluna Qərbin yaratdığı maneələr fonunda Moskva üçün vacib dəstək oldu. Moskvanın Qarabağ münaqişəsinin həllinə maneəçiliyinin qarşısını almaq üçün Rusiyaya bu tipli məqbul dəstək variantı təklif etmək lazımdır. Belə dəstək olarsa, Moskva nəinki Qarabağ, hətta Zəngəzur və İrəvanın da işğaldan azad olmasına şərait yarada bilər. 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol