• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyx müsəlmanları Qarabağ məsələsində birliyə çağırdı

Şeyx müsəlmanları Qarabağ məsələsində birliyə çağırdı
29.01.2018 14:30
Azərbaycan İslam dünyasının bir parçasıdır və müsəlman ölkələrində baş verən mənfi proseslər, tendensiyalar bizim üçün də narahatlıq doğuran amillərdəndir.

Anews.az Report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən "Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” adlı beynəlxaq konfransda bildirib. 

Onun sölərinə görə, Azərbaycan dövləti və xalqı da bu xoşagəlməz halların aradan qaldırılmasında, müsəlman ölkələrinin sülh və sabitlik şəraitində yaşamasında maraqlıdır: 
"Azərbaycan Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla məsələnin iki dövlət arasında həllinin tərəfdarıdır. Ölkəmiz İslam həmrəyliyinə böyük töfhələr verir. Ötən ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması buna əyani sübutdur. Biz müsəlman coğrafiyasında sevgi və barışın tərəfdarıyıq. Ölkəmizin Fələstin Dövlətinə hümanitar yardımı və mənəvi dəstəyi bundan sonra da davam edəcək”.

A.Paşazadə həmçinin Türkiyə prezidneti Rəcəp Tayyip Ərdoğanın "Qüds bizim üçün "qırmızı xət”dir və o, hər zaman müsəlmanların olacaq” sitatını xatırladıb və qardaş ölkənin müsəlman coğrafiyasında baş verənlərə həssaslıqla yanaşmasının təqdirəlayiq olduğunu söuləyib: 

"Müsəlmanların haqlı müdafiəsinə qalxan Türkiyə hökümətinə minnətdarıq. Səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgah olan Qüdsün problemi hər bir müsəlmanın və bütün müsəlman coğrafiyasının problemidir. Barışın qapısı, barışın açarı Qüdsdür və bu problemi birlik, bərabərlik içində yoluna qoymalıyıq”.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub: 

"Bu problem də müsəlman coğrafiyasında hələ də həllini gözləyən böyük münaqişə ocaqlarından biridir. Biz Avropa və Qərb dövlətlərinin müsəlman ölkələrində baş verənlərə münasibətdə ikili standartlara yol verdiyini görürük. Burada hansı ədalətdən söz gedə bilər?! Azərbaycan torpaqları onun xalqına məxsusdur və Dağlıq Qarabağ probleminin həlli üçün müsəlman coğrafiyasını birliyə çağırırıq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol