• $
  • €
  • ₽
  • ₺
  • £

İran azərbaycanlı naziri Bakıya niyə göndərdi? - Şərh

İran azərbaycanlı naziri Bakıya niyə göndərdi? - Şərh
22.02.2018 12:14
Əmir Hatəmi İranda müdafiə naziri vəzifəsinə yeni təyin olunub və ilk xarici səfərini Azərbaycana reallaşdırıb. O, əslən azərbaycanlıdır.

Axar.az xəbər ki, bu sözləri İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin Bakıya səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçinin sözlərinə görə, İranın müdafiə nazirinin ilk xarici səfərini Azərbaycana reallaşdırmasının başqa əhəmiyyəti də var:

"İran şimal sərhədindən arxayın olmaq istəyir. Çünki Suriyada müharibə davam etdikcə İranın İsrail və ABŞ-la münasibətləri getdikcə gərginləşir. ABŞ və İsrail İranı Suriyadakı müxtəlif silahlı qruplara dəstək verməkdə, o cümlədən İsraili təhdid etməkdə ittiham edir. Tehran bu ittihamları rədd etsə də, vəziyyət sabitləşmir. Bugünlərdə başa çatan Münhen Təhlükəsizlik Konfransında İrana iki xəbərdarlıq mesajı ünvanlandı. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster İrana qarşı hərəkətə keçməyin vaxtı gəldiyini dedi. Ondan sonra çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu da eyni sözləri təkrarladı. Buna görə də İran təhlükəsizlik tədbirlərini gücləndirmək məcburiyyətindədir. ABŞ və İsrail Azərbaycana dost və tərəfdaş dövlətlərdir. Rəsmi Bakı Azərbaycanın müxtəlif ölkələrlə əməkdaşlığının İrana qarşı yönəlmədiyini hər dəfə vurğulasa da, iranlı rəsmilər bunu hər dəfə yerində yoxlamaq istəyirlər”.

Qeyd edək ki, İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 21-də Azərbaycanda səfərdə olub. İranlı nazir əvvəlcə Prezident İlham Əliyev, daha sonra Müdafiə naziri Zakir Həsənovla görüşüb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol