• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Qafqazda “İkinci Qarabağ”a cəhd edir - Açıqlama

Ermənilər Qafqazda “İkinci Qarabağ”a cəhd edir - Açıqlama
07.04.2018 09:56
Ermənilər harada cəm halda yaşayırlarsa, orada mütləq separatizm meyilləri, milli üstünlük prinsipləri qabarıq şəkildə özünü göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, əgər Sovet vaxtında Cavaxetiyaya muxtariyyət verilsəydi, bu ərazi də indi Cənubi Osetiya və Abxaziya kimi qondarma quruma çevriləcəkdi:

"Ancaq Cavaxetiyaya heç vaxt muxtariyyət statusu verilməyib. Bu böyük bir nailiyyətdir. Bu gün ermənilər açıq, yaxud da gizli təkliflər irəli sürür ki, Cavaxetiyada erməni dili lokal dil kimi istifadə olunsun. Saakaşvilinin vaxtında da bu cür diskussiyalar aparılırdı. Amma bu təşəbbüs Gürcüstan parlamentində dəstəklənmirdi. Çünki gürcülər yaxşı başa düşür ki, bundan sonrakı addım həmin bölgəyə muxtariyyət statusunun verilməsidir. Amma bu regionda erməni dilində qəzetlər çap olunur, yaxud da Ermənistanda çap olunan qəzetlər Cavaxetiyada yayılır. Ara-sıra Ermənistanın deputatları bu ərazidə peyda olur. Doğrudur, bu görüşləri müxtəlif adlarla qələmə verirlər. Gürcüstan tərəfi isə belə görüşləri diqqətlə izləyir. Ermənistan nümayəndələrinin belə səfərlər çərçivəsində erməni əhalisi ilə söhbətləri Gürcüstan rəhbərliyi tərəfindən nəzarətə alınır”.

Politoloqun sözlərinə görə, hazırda Ermənistan Gürcüstanla münasibətləri korlamaq istəməz:

"Buna görə də onlar Cavaxetiyada həyata keçirməyə çalışdıqları prosesləri açıq şəkildə etmirlər. Çünki bu ərazidə etnik münaqişə baş verərsə, Ermənistanın şimal ilə sərhədləri tamamilə bağlanmış olur. Hazırda Ermənistan onsuz da blokada vəziyyətindədir. Onun Gürcüstanla münasibətlərinin pisləşməsi ilk növbədə Rusiya ilə əlaqələrinə ziyan vurar. Çünki Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana xeyli miqdarda mal göndərilir. Bunlar olmazsa, Ermənistan dövlətinin mövcudluğunun çox çəkəcəyini düşünmürəm".

Politoloq vurğulayıb ki, buna baxmayaraq, ermənilər heç vaxt öz məqsədlərindən də əl çəkməyəcəklər:

"Çünki bu artıq Ermənistanın siyasətidir. Erməni separatizmi hər yerdə eynidir. Ermənistanın özündə dərc olunan tarix kitablarında Cavaxetiya Javax kimi göstərilir. Ermənilər bu regionu, Qarabağı və Türkiyənin bəzi vilayətlərini "Böyük Ermənistan” xəritəsinin tərkibi kimi görürlər. Bu siyasət hər zaman davam edəcək. Sadəcə olaraq, bu siyasət müxtəlif ölkələrdə müxtəlif forma alır. Azərbaycanla bu açıq işğal, Türkiyə ilə soyqırım iddiasını tanıtdırmaq olduğu halda, ermənilər Gürcüstanla bu siyasəti qapalı, kölgəli şəkildə həyata keçirir. Yəni onlar Cavaxetiyada olan ermənilərə qapalı formada maliyyə, informasiya dəstəyi verməkdən çəkinmirlər”.

Qeyd edək ki, Gürcüstan Təhlükəsizlik Xidməti parlamentə hesabat verib. Hesabatda bildirilir ki, xarici ölkələrin kəşfiyyatı ölkə ərazisində etnik və dini konfliktləri qızışdırmaq üçün müxtəlif vasitələrdən istifadə edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol