• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu nazir prezident seçkilərində səs verməyib

Azərbaycanda bu nazir prezident seçkilərində səs verməyib
13.04.2018 23:51
Qeydiyyatda olduğu Məntəqə seçki komisdiyası da faktı təsdiq etdi

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 11 aprel Prezident seçkilərində iştirak etməməsi ilə bağlı məlumat yayılıb.

 Unikal.org-un əldə etdiyi məlumata görə, nazir Oqtay Şirəliyev Səbail rayonu, Bülbül prospekti 11 ünvanında qeydiyyatda olduğu ərazi üzrə 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verməli olsa da, o seçici hüququndan istifadə etməyib.

Məsələ ilə bağlı Unikal.org saytı 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyevlə əlaqə saxlayıb.

O, 11 apreldə keçirilən prezident seçkilərində Oqtay Şirəliyevin iştirak etmədiyini təsdiqləyib: "Oqtay Şirəliyev bizim məntəqədə qeydiyyatdadır. Mən məntəqə bağlanana qədər Səhiyyə nazirini görmədim. O, prezident seçkilərində seçki hüququndan istifadə etməyib”.


Baxmayaraq ki, ölkədə keçirilən prezident seçkilərində Prezident Administrasiyasının nüfuzlu şəxsləri və ayrı-ayrı nazirlər ölkəmizdə keçirilən Prezident seçkilərində iştirak edərək, cənab Prezident İlham Əliyevə səs verdiklərini, onun siyasətini dəstəklədiklərini açıqlamışdılar. Bu da o anlama gəlir ki, nazir Oqtay Şirəliyev seçkilərdə səsvermə hüququndan istifadə etməməklə, həm də Cənab Prezident İlham Əliyevə səs verməyib.

Məsələ ilə bağlı Bizim Yol Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ilə əlaqə saxlayıb. O Bizim Yol-a açıqlamasında nazir Oqtay Şirəliyevin Prezident seçkilərində iştirak etdiyini, nazirin 6 saylı məntəqədə səs verdiyini bildirib.
"Yayılan məlumat yalandır. Cənab nazir səs verib. O 6 saylı məntəqədə, səhər saat 08:30 da səs verib. Bir azdan sizə həmin görüntüləri də verəcəm.”

Məlumat üçün bidirək ki, seçki məcəlləsinə görə hər bir şəxs qeydiyyatda olduğu yerdən başqa yerdə səs vermək üçün o qeydiyyatda olduğu məntəqədən bu haqda çıxarış(arayış)almalıdır.

29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyev isə Bizim Yol-a açıqlamasında Oqtay Şirəliyevə belə bir arayışın verilmədiyini bildirib.
"Oqtay Şirəliyev səsvermədə iştirak etməyib. O bizdən çıxarış almadan nə ölkə daxilində, nə də xaricində səs verə bilməz. Başqa yerdə səs veməsini kimsə bildiribsə, yalandır. Bizdən çıxarış(arayış)almadan belə bir şey ola bilməz. Mən də belə bir arayış verməmişəm.”
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol