• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan baş nazir seçilmək üçün üzünü Azərbaycana tutdu

Sarkisyan baş nazir seçilmək üçün üzünü Azərbaycana tutdu
17.04.2018 15:04
Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı iclas başlayıb.

Anews.az "news.am”-a istinadən xəbər verir ki, Serj Sarkisyan Ermənistan parlamentində deputatların suallarına cavab verir.

15 deputat iclasda iştirak etmir. İclas 90 deputatın iştirakı ilə davam edir. Spiker Ara Babolyan "kvorum var” deyə bildirib.

Hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan çıxışında Azərbaycan Ordusunun təhlükəsini xatırladıb və qeyd edib ki, "Azərbaycan faktoru bizim ölkəmizə güclü liderin lazım olduğunu göstərir”.

O, Sarkisyanın baş nazir seçilməsinin vacib olduğunu bildirib.

"Bu, Ermənistanın təhlükəsizliyi və Dağlıq Qarabağa görə lazımdır”, - deyə Baqdasaryan iddia edib.

Sarkisyan çıxışında təhlükəsizliyin bir nömrəli prioritet olduğunu bildirib. Əlavə edib ki, "Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində mövqeyim dəyişməzdir. Lakin buna paralel olaraq, ordunu gücləndirəcəyik”.

Qeyd edək ki, çıxışlardan sonra səsvermə olacaq. Əgər bu gün baş nazir seçilməsə, o zaman 7 gün sonra yeni namizəd irəli sürülməlidir. İkinci mərhələdə də baş nazirin seçilməsi mümkün olmasa, parlament buraxılmalı və növbədənkənar seçkilərə gedilməlidir. Lakin ekspertlər Sarkisyanın bu gün baş nazir seçilməsi ehtimalının güclü olduğunu hesab edirlər. Hazırda İrəvan küçələrində müxalifət kütləvi etiraz aksiyası keçirir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol